5 kubok qazandı, ölkəsinin ən yaxşısı oldu
24.12.2010 - 00:26
"İnter"in təcrübəli yarımmüdafiəçisi Deyan Stankoviç ikinci dəfə ölkəsinin ən yaxşı futbolçusu seçilib. Apasport.az saytının xəbərinə görə, ilk dəfə 2006-cı ildə bu mükafata layiq görülən futbolçunun 2010-cu ildə Serbiyanın ən yaxşısı seçilməsinin səbəbi onun bu il 5 kuboka birdən yiyələnməsidi.
Belə ki, Stankoviç bu il A seriyası, İtaliya kuboku, Çempionlar Liqası, superkubok və son olaraq Klublararası Dünya Çempionatının çempionu olub. Mükafat dekabrın 28-də Belqradda təqdim olunacaq.
Xatırladaq ki, CAR-2010-da Serbiyaya liderlik edən 32 yaşlı yarımmüdafiəçi 3 mundialda forma geyən yeganə serbdi. O, yığmanın heyətində 95 oyun keçirib.
Bu göstəricidə oyunçu yalnız Savo Miloşeviçdən geri qalır ki, aralarındakı fərq 7 oyundu.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0