Rednikdən sürpriz və ya “Xəzər Lənkəran” rekordçusunu itirdi
24.12.2010 - 10:56
“Xəzər Lənkəran” 6 illik tarixinin rekordçu legionerini itirdi. Apasport.az saytının məlumatına görə, cənub təmsilçinin transferə çıxardığı 4 futbolçu arasında yer alan bolqarıstanlı müdafiəçi Radomir Todorov komandada ən çox oyun keçirən legionerdir.
2007-ci ilin yayında hələ Ağasəlim Mircavadovun vaxtında həmyerlisi Kostadin Cambazovla birgə gələn Radomir arxada qalan 3,5 ildə 124 oyun keçirib. Bunların heç birində meydandan qovulmayan 30 yaşlı müdafiəçi 9 sarı vərəqə alıb, 1 qol vurub.
Müdafiənin sol cinahının əvəzedilmədən isimlərindən olan Todorov tək-tük hallarda ehtiyatda qalıb. Sabit futbolçu olan Radomir oyun sayına görə yalnız yerli futbolçulardan Alim Qurbanov, Rəşad Abdullayev və Rahid Əmirquliyevdən geri qalıb. O, komandada 100-dən çox oyun keçirən ilk və hələlik yeganə legionerdir. Bu göstəricidə onun ən yaxın izləyicisi bu yay “İnter”ə keçən braziliyalı hücumçu Mario Souzadır. 77 oyun keçirən Souza da rumıniyalı baş məşqçi Mirça Rednikin vaxtında transferə çıxarıldı.
Belə gedişlə Todorovun rekordu uzun müddət əlçatmaz qalacaq. Çünki onun ən yaxın izləyiciləri olan legionerlərdən çoxu indi “Xəzər Lənkəran”da deyil. Qalanlardan Allan Lalini qeyd etmək olardı ki, honduraslı hücumçu da Radomir kimi “Qarabağ”a evdə 1:2 hesablı məğlubiyyətdən sonra transferə çıxarıldı. Lalin Todorovun oyunların sayının yarısından da az (53) keçirib. Qalanlardan albaniyalı müdafiəçi Elvin Beçiri cəmi 37 görüşdə meydana çıxıb. Radomirin gedişi ilə “Xəzər Lənkəran”da bolqar futbolçu da qalmadı.
Lalin isə oyunda hesab 1:1 olarkən yüz faizli qol imkanını qaçırması və görüşün sonunda penalti zərbəsini qazanmağa çalışarkən, simulyasiya etdiyinə görə sarı vərəqə alması ilə yadda qaldı. Todorov “Xəzər Lənkəran”da çempion olmasa da, Azərbaycan kuboku və “Birlik kuboku”nu qazanıb, 3 mövsüm avrokuboklarda oynayıb.
Rednikin imtina etdiyi digər iki legioner isə həmyerlisi, ən əsasının özünün gətirdiyi futbolçular idi. Söhbət 30 yaşlı müdafiəçi Adrian Yordaşe ilə 27 yaşlı yarımmüdafiəçi Konstantin Arbanasdan gedir.
Maraqlıdır ki, Rednikin bu yay gətirdiyi cütlüklə yanaşı, Todorovla Lalin də “Qarabağ”la oyunu əvəzedilmədən keçirdilər. Yordaçe komandada ümumilikdə 16 oyun (1 sarı), Arbanas 13 oyun (1 qol, 1 sarı) keçirib.

0
0