Maksim Medvedev “bərkiyib”
27.12.2010 - 17:01
“Qarabağ” mənim üçün özəl komandadır. Özümü burda çox rahat hiss edirəm. 5 aydır futbol oynamasam da, mənə qarşı çox diqqətli davranırlar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Əfran İsmayılov deyib.
Bu il həm “Qarabağ”da, həm də milli komandamızda yaxşı oyun göstərən 21 yaşlı yarımmüdafiəçi klubu ilə yeni müqavilə bağladığına görə çox xoşbəxt olduğunu bildirib: “Bilirəm ki, azarkeşlər məndən çox şey gözləyir. Biz gənclərin birlikdə oynaması eyni zamanda Azərbaycan millisinin gələcəyi üçün də faydalıdır”.
“Qarabağ”ın ilk peşəkar klubu olduğunu qeyd edən yığmamızın müdafiəçisi Maksim Medvedev burada möhkəmləndiyini söyləyib: “21 yaşım olsa da, artıq 4 ildən çoxdur ki, “Qarabağ”ın əsas heyətində top qovuram. Burada artıq özümü “bərkitmişəm”. Təbii ki, doğma klubumla müqaviləmi uzatdığıma görə sevinirəm. Həm Rauf, həm də Əfranla uşaqlıqdan birlikdəyik. Hamımızın müqaviləsinin uzadılması çox sevindiricidir. Bu bizə daha yaxşı çıxış etmək üçün motivasiya verir. Ümid edirəm ki, tezliklə, qazanacağımız uğurlarla azarkeşləri sevindirəcəyik”.
Rauf Əliyev müqaviləsini uzatdığı “Qarabağ”dan Avropaya getmək istəyir: “Təbii ki, Maksim kimi mən də gənc olmağımıza baxmayaraq, artıq köhnələrdən sayılırıq. “Qarabağ” daim mənə sahib çıxıb. İndi rahatca futbol haqqında fikirləşəcəyik. Öz “evimizdə” daha 2 il qalacağıq. Əsas məqsədimiz “Qarabağ”la çempion olmaq, sonra isə Avropada legioner həyatı yaşamaqdır”.
Maksim zədəli olanda müdafiənin sağ cinahında onu layiqincə əvəzləyən Qara Qarayevlə müqavilə daha uzun müddətə - 2014-cü ilin yayına kimi uzadılıb: “Əslən Qarabağlı olduğuma görə “Qarabağ” mənim komandam olmaqla yanaşı, aldığım nəfəsdir. Özümü “Qarabağ”dan başqa heç bir yerdə təsəvvür edə bilmirəm. Hələ 5 il “Qarabağ”n futbolçusu olacağıma görə həqiqətən sevinirəm”.
“Qarabağ”ın müqaviləsini uzatdığı albaniyalı müdafiəçi buara yeni uğurlara imza atmaq arzusundadır: “6 ay bundan qabaq “Qarabağ”a gələndə belə əla komandaya düşəcəyimi gözləmirdim. Teli mənə “Qarabağ”ı çox tərifləsə də, öz gözlərimlə Admirin dediklərinin həqiqət olduğunun şahidi oldum. Komandada bir ailə mühiti var. İnşallah, “Qarabağ”da daha böyük uğurlara imza atarıq. Bunun üçün burada istəniləm mühit var”.
Mənbə: qarabagh.com

0
0