Azərbaycan millisinin qarşısına “Tank” çıxacaq
28.12.2010 - 11:59
Azərbaycan millisinin qarşısına “Tank” çıxacaq
“Metallist” Azərbaycan yığması ilə yoldaşlıq görüşü öncəsi yeni futbolçu transfer edib. Apasport.az saytının məlumatına görə, Argentinanın “Veles Sarsfild” klubunun istedadlı hücumçusu Conatan Kristaldo Xarkova gəlir.

Argentinanın gənclər yığmasının 21 yaşlı futbolçusunun maraqlı ləqəbi var – “Tank”. “Veles Sarsfild”də 3 ildə 85 oyuna çıxan Conatan 21 qol vurub. “Metallist” ona görə 2,5 milyon avro ödəyəcək.

Qeyd edək ki, “Metallist” milli komandamızla hazırlıq keçəcəyi Dubay şəhərində yoldaşlıq görüşü keçirəcək. Oyunun tarixi dəqiqləşməsə də, gələn ilin yanvarın sonu-fevralın əvvəlində olacağı gözlənilir.