Ən yaxşı ev komandası - “Xəzər Lənkəran”
28.12.2010 - 12:32
Unibank Premyer Liqasının arxada qalan 19 turunda ən güclü ev komandası “Xəzər Lənkəran”dır. Apasport.az saytının məlumatına görə, turnir cədvəlinin ikinci pilləsində qərarlaşan cənub təmsilçisi qış fasiləsinə öz meydanında ən çox qalib gələn komanda kimi çıxıb – 7 dəfə.
“Ağ-yaşıllar”ın fasiləyə evdə məğlub olmadan yollanması da mümkün idi. Ancaq “Qarabağ”ın hesabat turunda qələbəsi (2:1) ilə öz meydanında uduzmayan komanda qalmadı.
Hərəyə 1 məğlubiyyəti olan komandaların sayının çoxluğu diqqət çəkir. Yəni, “Xəzər Lənkəran” da daxil olmaqla, 5 komanda – AZAL, “İnter”, “Muğan” və “Neftçi” də belə göstəriciyə malikdir.
AZAL-la “İnter” evdə eyni miqdarda xal toplamaqla, lənkəranlıların ən yaxın izləyiciləridir. “Təyyarəçilər” şəxsi oyunda və topların fərqində “bankirlər”i qabaqlayır. Maraqlıdır ki, AZAL tarixində ən böyük hesablı qələbəsini evdə məhz “İnter” üzərində qazanıb – 5:0. Bu, “İnter”in tarixində ən böyük hesablı məğlubiyyətdir.
Sözsüz ki, evdəki göstəricilər arasında “Muğan”ın yeri (5-ci) diqqət çəkir. Halbuki, “altılığ”a düşməməyi rəsmiləşən Salyan təmsilçisi hazırda turnir cədvəlində 9-cu pillədədir. Komanda 20 xaldan 19-nu öz meydanında yığıb və yerinə görə hətta qış çempionu “Neftçi”ni qabaqlayır.
Mehman SÜLEYMANOV

|
|
|
|
|
|
|
|
|
| komandalar | o | q | h | m | t | f | x |
1. | Xəzər Lənkəran | 10 | 7 | 2 | 1 | 13 - 3 | +10 | 23 |
2. | AZAL | 9 | 6 | 2 | 1 | 16 - 4 | +12 | 20 |
3. | İnter | 9 | 6 | 2 | 1 | 9 - 3 | +6 | 20 |
4. | Qarabag | 9 | 6 | 1 | 2 | 14 - 4 | +10 | 19 |
5. | Mugan | 10 | 5 | 4 | 1 | 8 - 5 | +3 | 19 |
6. | Neftçi | 9 | 5 | 3 | 1 | 16 - 6 | +10 | 18 |
7. | Qəbələ | 10 | 5 | 2 | 3 | 10 - 5 | +5 | 17 |
8. | Gəncə | 10 | 4 | 4 | 2 | 13 - 11 | +2 | 16 |
9. | Bakı | 10 | 4 | 2 | 4 | 14 - 13 | +1 | 14 |
10. | Turan | 10 | 2 | 3 | 5 | 10 - 14 | –4 | 9 |
11. | MOIK | 9 | 1 | 1 | 7 | 4 - 24 | –20 | 4 |
12. | Simurq | 9 | 0 | 4 | 5 | 4 - 11 | –7 | 4 |
Mehman SÜLEYMANOV
0
0