“Fənərbaxça”nın məqsədini biz də bilmirik”
28.12.2010 - 18:00
Bakının “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun apasport.az saytına müsahibəsi
- “Fənərbaxça”nın gənc futbolçunuz Amit Quluzadəyə rəsmi dəvət göndərməsi bizləri yaxşı mənada təəccübləndirdi. Sizcə, Türkiyənin ən titullu komandalarından birinin 18 yaşlı yarımmüdafiəçiyə marağı necə yaranıb?
- Fikrimcə, yığmamızın oktyabrda Türkiyə ilə Bakıda keçirdiyi rəsmi oyunun böyük rolu oldu. Millimizin 1:0 hesabı ilə qalib gəldiyi görüş böyük əks-səda doğurdu. Bu yaxınlarda Türkiyəyə səfərim zamanı oradakı mütəxəssislərin, seleksiyaçıların artıq Azərbaycanda işə başladıqlarını eşitdim. Mənə belə bir informasiya çatdı ki, ölkəmizdə işləyən türk seleksionerlər azərbaycanlı oyunçularla maraqlanırlar. Sözün düzü, “Fənərbaxça”nın futbolçumuza məktub göndərməsi bizim üçün də sürpriz oldu. Amitin gedişinə etirazımız yoxdur, çünki perspektivli futbolçudur. Düzdür, Quluzadə “Neftçi”yə də lazımdır. Ancaq düşünürəm ki, hansısa həmyerlimizin Türkiyə klubunda təcrübə toplaması, futbolumuz üçün xeyirli olar.
- Quluzadəni əsas komandaya dəvət edirlər?
- Bunu gələcək göstərər. Hələ tam dəqiqləşməyib ki, Amiti əsas, yoxsa əvəzedici komanda üçün istəyirlər. Fikrimcə, əvvəl ikinci komandada yoxlayıb, sonra əsas heyətdə yer verərlər.
- Amitin “Fənərbaxça” kimi klubda təcrübə toplaması yaxşı hal olsa da, bu dəvət transferə hesablanmış bir addımdır...
- Əlbəttə, sizinlə tam razıyam. Ancaq yenə deyirəm ki, hər şeyi gələcək göstərər. Sözün düzü, gözlənilməz təklif olduğundan, onların məqsədini özümüz də bilmirik. Bu gün gələn faksda bildirilir ki, Quluzadəni “Fənərbaxça”da görmək istəyirlər. Onun yanvarın 2-də Türkiyəyə getməsi planlaşdırılıb və hadisələrin axarı sonradan məlum olacaq. Keçidin klublar arasında razılaşdırılması və “Fənərbaxça” nümayəndələrinin danışıqlara gəlməsi kimi söhbətlər var. Biz hələlik bu məsələləri ikinci plana atmışıq. Əsas Amitin gedib, özünü göstərməsi, doğrultmasıdır.
- Hər bir peşəkar klub futbolçunu satıb, ondan pul qazanmaqda maraqlıdır...
- Biz indidən bu məsələni qaldırmamışıq. Açığı, əsas məqsədimiz Amitin “Fənərbaxça”da bəyənilməsidir. Bundan sonra keçidlə bağlı danışıqlara başlayarıq. Hələlik “Fənərbaxça” ilə heç bir anlaşmamız olmayıb. Futbolçumuz bəyəniləndən sonra transfer məsələlərinə qayıdacağıq.
- Türkiyənin 2 ən böyük klubu, eyni zamanda əzəli rəqiblər – “Qalatasaray”la “Fənərbaxça” “Neftçi” ilə əlaqə qururlar. “Qalatasaray” klubunuzla əməkdaşlıq etməkdə maraqlıdır, yoldaşlıq görüşü keçirməyi təklif edib. “Fənərbaxça” isə futbolçunuzla bağlı sizə rəsmi təklif göndərir. Sizcə, bunlar nəyin nəticəsidir?
- Bunu yalnız Azərbaycan futbolunun inkişafı ilə bağlayıram. Oyunçularımız səviyyələrini artırır və futbolumuza diqqət artıb. Əvvəllər azərbaycanlı futbolçunun Türkiyənin Superliqa klubuna gedişi, orada oynaması röya olardı. Hamı bunun arzusunda idi. Bu gün gənc futbolçularımıza belə bir təklif gəlirsə, bu, ancaq inkişafdan xəbər verir.
- Amitlə yanaşı, digər gənc futbolçunuz Tərlan Quliyevin adı bir ara rusların ətrafında hallanırdı...
- Yəqin ki, siz “Rubin”i nəzərdə tutursunuz?
- Bəli.
- Düzdür, “Rubin” rəsmilərini çox gözlədik. Sizə əvvəl verdiyim müsahibəmdə demişdim ki, səfər komandanın Çempionlar Liqasının qrup mərhələsinin oyunları ilə əlaqədar yubanır. Onların gəlişini hər zaman gözləyirdik. Sonuncu dəfə bizə dedilər ki,Çempionlar Liqasının oyunu ilə bağlı problemləri var və bu üzdən çatdıra bilmirlər.
- Onların gəlişində əsas məsələ özbək hücumçunuz Bahodir Nasimovin transferinə yekunlaşdırmaqdır. “Rubin”in mövsümün sonuna kimi icarəyə verdiyi legionerlə uzun müddətlik müqavilə bağlamaqda maraqlısınız?
- Bəli, bu məsələ həll olunmalıdır. Ona görə açıq qalıb ki, “Runin”in nümayəndələrinin gəlişini gözləyirik. Gələndən sonra Bahodirin məsələsinə də son qoymalıyıq. Həmin vaxt bu haqda sizə məlumat verəcəyik.
- Transferə çıxardığınız futbolçulardan, konkret Fərid Quliyevlə bağlı sizə müraciət edən varmı?
- Yox. Hələlik gözləyirik.
- Braziliyada futbolçu axtarırsınız. Bununla bağlı vəziyyət nə yerdədir?
- Axtarışlarımız davam edir. Son olaraq, 2 futbolçu üzərində dayanmışıq. Onların klubları ilə danışıqlar gedir. Bildiyiniz kimi, yanvarın 10-da Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacağıq. Braziliyalıların ora dəvəti gözlənilir.
- Onlar hansı mövqelər üçün nəzərdə tutulub?
- Hər ikisi orta sahəyə. Biri yarımmüdafiənin mərkəzində, digəri sağ və sol cinahlarda oynaya bilən oyunçudur.
- Braziliyanın yüksək liqasından gələn futbolçuların klubları ilə müqavilələrinin olması, maddi baxımdan problem olmayacaq?
- Yəqin ki, hər klub “ayağını yorğanına görə uzadır”. Bu gün siz deyən çox bahalı futbolçulara girişə bilmərik. Bəzi şeyləri nəzərə alırıq. İndiki danışıqlarımız çox normal, bizə uyğun məbləğlər üzərində gedir. Onlar siz deyən çox elə bahalı futbolçular olmayacaq. Onu demək istəyirəm ki, Braziliya A seriyasında oynayan futbolçular olacaq.
Mehman SÜLEYMANOV

0
0