Klublarımız bolluğa düşdü
29.12.2010 - 14:59
Azərbaycan klublarının qış fasiləsində hazırlaşacağı Antalya şəhərində yenə bolluq olacaq. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqasının 18 təmsilçisi ilə yanaşı, 31 müxtəlif ölkədən 29 yüksək, 100 2-ci liqa klubu mövsümün ikinci yarısına hazırlığını Antalyada reallaşdıracaq.
Bunlardan Almaniyadan 8 (“Şalke”, “Duysburq”, “Nürnberq”, “Verder”, “Ayntraxt”, “Volfsburq, “Kölün”, “Bielefeld”), Rusiyadan 6 (“Spartak” M, “Dinamo”, “Terek”, “Rubin”, “Sibir”, “Ximki”), Rumıniyadan 4 (“Qaz Metan”, “Qloraj”, ÇFR, “Braşov”), Qazaxıstan, (“Tobol”, “Aktobe”), Hollandiya (“Ayaks”, Villem II), Serbiyadan hərəyə 2 (“Voyvodina”, OFK), Belçika, (“Genk”), Norveç (“Tromse”), Ukrayna (“Dinamo”, Kiyev) İran (“Pas”) və Cənubi Koreyadan hərəyə 1 (“Qyonnom”) klub var. 100-ə yaxın II liqa klubunun da seçimin Antalya olduğu müəyyənləşib.
Maraqlıdır ki, türk həmkarlarımız ölkəmizdən yalnız 2 klubu – “Titanik” otelində məskunlaşacaq “Neftçi” ilə AZAL-ı göstərib. Ancaq əslində, Premyer Liqamızdan MOİK, “Simurq”, “Muğan”, “Gəncə” istisna olmaqla, qalanlarının Antalyada təlim-məşq toplanışı keçəcəyi məlumdur. Bu ayın 5-də Nalçik “Spartak”ının yollandığı Antalyaya ABŞ, Braziliya, Nigeriya, Çindən də klublar hazırlıq üçün gələcək.
Türkiyəyə hazırlıq üçün hər zaman çoxlu klub gəlsə də, budəfəki fəallıq səbəbsiz deyil. Belə ki, Avropada qış çox sərt keçdiyindən, Antalyanın isə ən uyğun və ucuz məkan olması klubların ora marağının artmasına səbəb oldu. Keçən yay Antalyada 1000 komanda toplanış keçmişdi ki, həmin vaxt DÇ-2010-un oyunlarının keçirilməsinin təsirli olub. Ancaq qış fasiləsində klubların sayının 500 də artaraq, 1500-ə çatması gözlənilir. Dövrələr arasında hər il keçirilən turnirlər bu dəfə Türkiyə kubokunun oyunları ilə əlaqədar təşkil edilə bilməyəcək.

0
0