Üçü getdi, dördü də gedəcək
29.12.2010 - 15:00
Unibank Premyer Liqasında qış fasiləsinə 8-ci pillədə çıxan “Gəncə” 3 futbolçu ilə vidalaşıb. Bu haqda apasport.az saytına komandanın prezidenti Elmir Əliyev məlumat verib.
O bildirib ki, 3 legionerdən imtina ediblər: “Bunlar ukraynalı müdafiəçi Vladimir Kozlenko, yarımmüdafiəçilər – gürcü Levan Mdvinişvili ilə kamerunlu Patris Nukeududur. Ancaq komandadan gedən futbolçular yalnız onlar olmayacaq. Ümumilikdə, 6-7 futbolçu ilə yollarımızı ayıracağıq. Onlar arasında yerli futbolçular da olacaq. Elələri var ki, digər klublardan təklif aldığından, getmək istəyirlər. Ancaq bizim də imtina etmək istədiklərimiz var”.
Qış fasiləsində Türkiyəyə hazırlığa yollanacaqlarının dəqiqləşmədiyini bildirən Əliyev, həmçinin bildirib ki, komandaya əvəzedici heyətdən bir neçə futbolçu cəlb etmək planlaşdırılıb.
Qeyd edək ki, ölkə kubokunda mübarizəni dayandıran “Gəncə”nin “altılığ”a düşməyəcəyi də rəsmiləşib.
Mehman SÜLEYMANOV

0
0