“İnter”in rəqibi fərqləndirildi
29.12.2010 - 15:43
Moldova Futbol Federasiyası ilin ən yaxşılarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, müxtəlif mövqelər üzrə fərqlənənlər arasında Bakının “İnter” klubunun “Birlik kuboku”nda rəqibi olan “İskra-Stal”dan 2 futbolçu var.
Söhbət komandanın qapıçısı Artyom Qaydukeviçlə hücumçu Aleksandr Stoyanovdan gedir. Onlar öz amplualarında 3 nəfər arasında müxtəlif yer tutub. Belə ki, Qaydukeviç qapıçılar arasında 3-cü, Stoyanov hücumçular arasında 2-ci olub.
Qeyd edək ki, Moldovanın ən yaxşı məşqçisi “İskra-Stal”dan gedən Vlad Qoyan sayılıb.

0
0