“Təyyarəçilər” yarımfinala “uçdu” - YENİLƏNİB
09.03.2011 - 15:57
“Təyyarəçilər” yarımfinala “uçdu” - YENİLƏNİB
Azərbaycan kubokunda sonuncu yarımfinalçı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakının AZAL klubu gözlənildiyi kimi, 1/2 finala yüksəlib.

“Turan”a evdə qalib gələn Nazim Süleymanovun çalışdırdığı komanda Tovuzda lazımı nəticəni qazanıb. Bununla da “təyyarəçilər” rəqibindən 2006/07 mövsümündə məğlubiyyətin əvəzini çıxaraq, yarımfinalda “İnter”in rəqibi olub.

Qeyd edək ki, yarımfinal oyunları aprelin 27-də və mayın 4-də keçiriləcək. “Xəzər Lənkəran” “Bakı”, “İnter” AZAL-la görüşəcək. İlk oyunlar cütlərdə birinci göstərilən komandaların meydanında keçiriləcək.

9 mart

"Turan" - AZAL - 1:1
QOLLAR: Boris Kondev, 76 - Eleandro Pema, 63
(ilk oyun: 0:2)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Elman Musayev, Elvin Əsgərov
Tovuz. Şəhər stadionu.
0