Flavinyo zirvəni ələ keçirdi
09.03.2011 - 11:13
Azərbaycan kubokunun bombardirlərinin siyahısında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasından sonra cədvəldəki “çoxhakimiyyətliliyə” son qoyulub.
Paytaxt təmsilçisinin braziliyalı yarımmüdafiəçisi Flavinyo 3-cü qolunu vurmaqla zirvəni ələ keçirib. Hər 3 qolunu 1/4 finalın “Xəzər Lənkəran”la matçlarında vuran cənubi amerikalını 5 bombardir izləyir.
Artıq çıxışını dayandıran “Gəncə” və “Abşeron”un futbolçuları Ceyhun Sultanov və Emin Mehdiyev hərəyə 2 qol vuranlar arasındadırlar. Lakin onlar da Flavinyo kimi artıq qol hesablarını artıra bilməyəcək. Hərəyə 2 dəfə fərqlənən digər 3 oyunçu isə yarımfinalda braziliyalıya çatmaq, hətta keçmək imkanına malikdir.
Bunlardan ikisi “İnter”in üzvəri Girts Karlson və Rövşən Əmiraslanovdur. 2-ci qolunu 1/4 finalın cavab oyununda vuran Uinston Parks da Flavinyonun izləyiciləri sırasına qoşulub. Kosta-rikalı da hər 2 qolunu eyni rəqibə - “Neftçi”yə vurub.
Qeyd edək ki, ölkə çempionatının da bombardiri “Neftçi”nin üzvüdür. Amma Premyer Liqada hesabında 15 qol olan Bahodir Nasimov kubok yarışlarında rəqib qapısına yol tapmağı bacarmayıb.

- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
- Ruben Amorim Bruno Fernandeşi “Milan”a gətirmək istəyir
- “Liverpul”a uduzan Xabi Alonso: “Bu, bizim üçün əhəmiyyətsiz turnirdir”
- İngiltərə Liqa Kuboku: “Çelsi” “Liverpul”la bacarmadı
- “Qalatasaray”ın futbolçusu milli karyerasını başa vurdu
0
0