Almaniya milli komandası “Bakı”nın bazasında
23.03.2011 - 10:31
Almaniya milli komandasının departament rəisi Corc Belau “Bakı” klubunun bazasını ziyarət edib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssisin səfəri Avro-2012 seçmə mərhələsinin bu il iyunun 7-də keçiriləcək Azərbaycan-Almaniya oyununa hazırlıq məqsədi daşıyır. Qarşılaşma ərəfəsində məşq prosesinin təşkili üçün paytaxta gələn Belau “Bakı”nın bazasında hazırlıq keçmək üçün bütün zəruri şəraitin mövcudluğunu təsdiqləyib.
Almaniyalı qonaq baza ilə ətraflı tanış olduqdan sonra “Bakı”nın saytına fikrilərini açıqlayıb: “Klubunuzun bazasını çox bəyəndim .Xüsusən də, uşaq futboluna yetirilən çox böyük diqqət və qayğının şahidi oldum. Futbolçular üçün hər bir şərait yaradılıb. “Bakı”ya uğurlar arzulayıram. İnanıram ki, belə infrastruktura malik olan klub tezliklə Avropada öz sözünü deyəcək. Azərbaycanda belə bir klub formalaşmasının şahidi olmağım məni cox sevindirdi. İyun ayında bir daha sizin qonağımız olacağıq. Bu ehtimal burada gördüyüm ən yüksək şəraitə əsaslanır”.
Qeyd edək ki, Almaniyaya qədər Azərbaycan milli komandasının qonağı olmuş Küveyt və Türkiyə yığmaları da, məhz, “Bakı”nın bazasını seçmişdilər.
Mənbə: fcbaku.com

0
0