“Qalatasaray”da yeni baş məşqçi
26.03.2011 - 10:36
“Qalatasaray” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, rumıniyalı Georgi Hacı ilə yollarını ayıran istanbullular Bülənt Ündərlə razılığa gəliblər.
Sarı-qırmızılı klubda əvvəllər Fateh Terimlə birgə işləyən mütəxəssislə müqavilə mövsümün sonunacan imzalanıb. Onun köməkçiləri Tuqay Kərimoğlu və Nezih Boloğlu olacaqlar.
Ündərin “Qalatasaray”da baş məşqçi kimi debütü isə növbəti tura təsadüf edə bilər.
Qeyd edək ki, Bülənt klubu düşdüyü çətin vəziyyətdən çıxaracağı halda müqavilənin müddəti uzadıla bilər.

- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
- Ruben Amorim Bruno Fernandeşi “Milan”a gətirmək istəyir
- “Liverpul”a uduzan Xabi Alonso: “Bu, bizim üçün əhəmiyyətsiz turnirdir”
- İngiltərə Liqa Kuboku: “Çelsi” “Liverpul”la bacarmadı
- “Qalatasaray”ın futbolçusu milli karyerasını başa vurdu
0
0