19 ildən sonra
29.05.2011 - 14:52
İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi Çempionlar Liqasının cari mövsümünün bombardiri olub. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu ardıcıl 3-cü dəfə Avropanın ən nüfuzlu klub turnirinin qol kralı olub. 2008/09 və 2009/10 mövsümlərində də mövsümün bombardiri olan Messi bununla da əfsanəvi Herd Müllerlə Jan Pyer Papenin rekordunu təkrarlayıb.
Almaniyanın “Bavariya” klubunda çıxış edən Müller 1972/73, 1973/74 və 1974/75 mövsümlərində hamıdan çox qol vurmuşdu – müvafiq olaraq 11, 8 və 5. Fransalı Papen isə 1989/90, 1990/91 və 1991/92 mövsümlərində 2 dəfə 6, sonuncuda 7 qolla bombardir olub. Lakin hər 3 halda bu adı şərikli qazanıb. Bu nəticə bir də 19 ildən sonra təkrarlanıb.
Qeyd edək ki, portuqaliyalı Eysebio da 3 dəfə yarışın bombardiri olub, lakin ardıcıl deyil, müxtəlif illərdə. Ümumiyyətlə isə, Müller ardıcıl 3 bombardirlikdən başqa daha 1 uğura imza ataraq 4 dəfə qalib olub.

0
0