“Bir nəfərə görə, bütün komandanın zəhməti hədər oldu”
10.08.2011 - 11:59
“Bir nəfərə görə komandanın zəhməti hədər oldu. Düzdür, Bakıya qayıdanda Artur Kotenko bütün futbolçulardan, komandadan üzr istədi. Amma bu, heç nəyi dəyişmir”. Apasport.az saytının məlumatına görə, bunu “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov deyib.
Premyer Liqanın növbəti turunda “Neftçi” ilə oyuna hazırlaşan “Rəvan”ın çalışdırıcısı bildirib ki, məşqlərə başlamazdan öncə futbolçuların əhval-ruhiyyəsini düzəltmək üçün onlarla lazımı söhbət edib: “Başqa cür məğlub olsaydıq, bəlkə də bizə bu qədər təsir etməzdi. Ancaq görüş ərzində üstün oyun nümayiş etdirdiyimiz halda, heç nədən iki qol buraxmağımız bizə çox pis təsir edir. Bununla belə, biz “Neftçi” ilə oyunda tam gücümüzü ortaya qoyub qələbə qazanmağa çalışacağıq. Hazırlıqlar da yüksək səviyyədə davam edir”.
Həsənovun sözlərinə görə, tezliklə “Rəvan”ın yeni stadion istifadəyə veriləcək: “Qısa müddətə yüksək səviyyəli ot örtüklü öz stadionumuz istifadəyə veriləcək. Həmin vaxta qədər isə komanda ev oyunlarını ya “Şəfa” stadionunda, ya da “Dalğa Arena”da keçirəcək”.
Qeyd edək ki, “Rəvan” ilk turda “Kəpəz”lə oyunda 2 dəfə hesabda önə keçsə də, sonda qapıçı Kotenkonun kobud səhvi səbəbindən 2:3 hesabı ilə uduzub. “Rəvan” – “Neftçi” matçı isə avqustun 14-də keçiriləcək.

0
0