Boban Babunskiyə tanış futbolçularımız
10.08.2011 - 12:33
Makedoniya millisinin baş məşqçisi Boban Babunskiyə Azərbaycan yığmasının 2 futbolçusu yaxşı tanışdır. Apasport.az saytının məlumatına görə, gənc makedoniyalı çalışdırıcı vətənində “Rabotniçki” klubuna rəhbərlik etdiyi dövrdə də millimizin yarımmüdafiəçiləri Elvin Məmmədovla Cavid Hüseynova rəqib olub.
Bu, həmin futbolçuların Bakı “İnter”ində birgə oynadıqları vaxtda, 2008-ci ilin Çempionlar Liqasının I təsnifat mərhələsində olub. Onda Babunski komandamızla hər 2 oyunda - Bakıda 0:0, Skopyedə 1:1 hesablı bərabərliyə qalaraq, evdə buraxılan qolla mərhələ keçə bilmədi. “Rabotniçki”ni mübarizədən kənarlaşdırmaqda Elvinin rolu böyük olub. Belə ki, hesabda 0:1 geridə olduğumuz səfər oyununda məhz onun məhsuldar ötürmə sayəsində çexiyalı yarımmüdafiəçi Bronislav Çervenka bizə qələbə gətirən qola imza atdı.
Ümumiyyətlə, Məmmədov makedoniyalılarla görüşdə uğurlu çıxış edib. Təsadüfi deyil ki, bu yığma ilə son oyunumuz, ötən ilin mayın 29-da Avstriyada 1:3 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündə Elvin gözəl qola imza atdı.
İndi baş məşqçi ilə futbolçular fərqli oyunda, fərqli komandalarda üzləşəcəklər. “Rabotniçki” ilə yollarını ayıran Babunski Makedoniyanın 21 yaşlılardan ibarət yığmasının çalışdırıcısı olsa da, Bakıdakı yoldaşlıq görüşündə millini çıxarmaq ona tapşırıldı. Elvinlə Cavid isə artıq xeyli vaxtdır “İnter”dən gediblər. Məmmədov oradan “Qarabağ”a, bu yay isə “Bakı”ya keçibsə, Hüseynov 2010-cu ilin qışından “Neftçi”də oynayır.
Babunski ilə ÇL-də görüşdən “İnter”də qalan milli komandamızın futbolçusu Vladimir Levindir. Ancaq “bankirlər”in milliləşdirilən ukraynalı kapitanı zədə üzündən Makedoniya ilə oyuna çağırılmadı.
Qeyd edək ki, Elvinlə Cavid “İnter”ə kimi yetirmələri olduqları Tovuzun “Turan” klubunda birgə oynayıblar.
Mehman SÜLEYMANOV

0
0