Berti Foqtsun start heyəti bəlli oldu
10.08.2011 - 12:51
Azərbaycan yığmasının Makedoniya ilə bugünkü yoldaşlıq görüşünə start heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts Kamran Ağayev, Mahir Şükürov, Elnur Allahverdiyev, Vurğun Hüseynov, Rəşad Sadıqov, Aleksandr Çertoqanov, Rahid Əmirquliyev, Fabio Luis Ramim, Elvin Məmmədov, Əfran İsmayılov və Rauf Əliyevi ilk dəqiqələrdən meydana buraxacaq.
Kamran qapıda, Rəşadla Vurğun müdafiənin mərkəzində, Elnurla Mahir müvafiq olaraq sol və sağ cinahda yer alacaq.
Çertoqanovla Əmirquliyev dayaq yarımmüdafiəçiləri funksiyasını yerinə yetirəcəklər.
Oyun qurucusu funksiyası milliləşdirilən braziliyalı Fabionun üzərinə düşür. Elvin yarımmüdafiənin, Əfran sağ cinahında çıxış edəcək.
İrəlidə tək hücumçumuz Rauf olacaq.

0
0