Rosas gəlir, Vobay gedir
11.08.2011 - 15:38
“Xəzər Lənkəran” daha bir legioneri ilə yollarını ayıra bilər. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi Syerra-Leonedən olan yarımmüdafiəçisi Julius Vobayı sıralarında saxlamaqda maraqlı deyil.
Artıq düşərgədə olmayan Vobaya müştəri axtarılır. Futbolçunun Rusiya və ya Yunanıstan klublarından birinə keçəcəyi gözlənilir.
Ötən qış Rumıniyanın “Universitatea” klubundan alınan Julius uğurlu transfer kimi səviyyəsini göstərdi və “ağ-yaşıllar”ın mövsümü titulla başa vurmağında – ölkə kubokunu qazanmasında böyük rolu oldu.
O, cari çempionatın ilk turunda “Sumqayıt Şəhər”lə ev oyununda başla vurduğu qolla komandasına qələbə qazandırdı – 2:1. Ancaq problem Vobayın xarakterindədir və onun intizamsız davranışları cənub təmsilçisinin rəhbərliyini təngə gətirib.
Bu səbəbdən Avropa ölkələri səfərləri zamanı viza problemi ilə üzləşən afrikalının saxlanılmamağı gözlənilir və onun müqaviləsi olduğundan, hansısa kluba satılması müzakirə edilir.
Lənkəran klubunu Vobayla vidalaşmağa sövq edən digər səbəb Mario Rosasın keçidinin demək olar həll olunmasıdır. Vaxtilə İspaniya “Barselona”sında da oynamış 31 yaşlı yarımmüdafiəçin gəlişindən sonra Juliusa elə də ehtiyac qalmır. “Xəzər Lənkəran” Rosası hələ mövsümlərarası fasilədə Avroliqaya hazırlaşdığı Avstriyadakı təlim-məşq toplanışında sınayıb.
Qeyd edək ki, Lənkəran təmsilçisi Avroliqada uğursuzluğa düçar olduqdan sonra legionerlərindən rumıniyalılar Marius Onofraşla Çaba Borbeli, portuqaliyalı Joao Paolo, bosniyalı Veldin Muharremoviç və braziliyalı Dieqo Qusmao ilə yollarını ayıırb.

0
0