Avtoqolla qazanılan qələbədən “Dalğa Arena”yadək
11.08.2011 - 17:30
“Dalğa Arena” Azərbaycan millisinin tarixində ev oyununu keçirdiyi 6-cı stadion oldu. Apasport.az saytının məlumatına görə, yığmamız indiyədək rəqiblərini vətəndə 3 şəhərdə - Bakıda, Gəncədə və Lənkəranda qəbul edib.
Ölkəmizin baş arenası sayılan “Tofiq Bəhramov” millimizin ən çox ev oyunlarını keçirdiyi stadiondur. Bəzi görüşlərini “Şəfa”da da keçirən komandamız üçün Mərdəkanda yeni istifadəyə verilən “Dalğa Arena” oynadığı 3-cü məkan oldu.
Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda da beynəlxalq oyunlar keçirilsə belə, bu, 21 yaşlılardan ibarət yığmamızın rəsmi görüşləri olub. Əsas yığmamız əyalətdə Gəncədə yalnız yoldaşlıq görüşlərində, Lənkəranda isə rəsmi oyunda meydana çıxıb.
Millimizin 19 illik tarixinə nəzər salsaq, stadionlarımızda ilk oyunlarda uğursuzluğa düçar olduğumuza görərik. Bu mənada yalnız Gəncə şəhər stadionu istisna təşkil edir. Yığmamız ilk ev oyununu məhz bu arenada keçirib və Gürcüstana 1:0 hesabı ilə qalib gəlib. Amma buna rəqib müdafiəçi Arçil Lobjanidzenin avtoqolu sayəsində nail olmuşuq.
Bundan sonrakı debütlərdə qələbəyə həsrət qalmışıq. Respublika stadionunda ilk beynəlxalq oyunumuzda Fatih Terimin baş məşqçisi olduğu Türkiyə yığmasına yoldaşlıq görüşündə yenilmişik – 0:1. Millimiz Lənkəranda keçirdiyi yeganə oyununda da minimal fərqlə uduzub (1:2).
Maraqlıdır ki, “Dalğa Arena”da uduzduğumuz (0:1) Makedoniya millisi artıq 2-ci dəfədir yeni stadionumuzda bizə ilk rəqib olur. Millimiz bunadək “Şəfa” stadionunun açılışında da makedoniyalılarla görüşmüşdü. Fərq ondadır ki, 10 il əvvəlki seçmə mərhələ oyunu, indi isə yoldaşlıq görüşü idi. Onda da hesabı rəqib açsa da, son dəqiqələrdə vurduğumuz qolla məğlubiyyətdən yaxa qurtarmışdıq – 1:1. Bu dəfə isə həmin qolu vura bilmədik.
Qeyd edək ki, milli komandamız evdə ilk rəsmi oyununu vətəndə yox, qardaş Türkiyədə keçirib. Bu, Avro-1996-nın seçmə mərhələsinə təsadüf edib və həmin vaxt FİFA və UEFA ölkəmizdə siyasi vəziyyətin qeyri-sabit olduğunu əsas gətirərək, yığmamızın Azərbaycanda oynamağına icazə vermədi. Nəticədə Türkiyə bizə kömək əlini uzatdı və rəqiblərimizi Trabzon şəhərində qəbul etdik. Ancaq orada da siftəmiz uğursuz olub və 1994-cü ilin noyabrın 16-da İsrail millisinə 0:2 hesabı ilə uduzduq.
Millimizin Azərbaycanda ev oyunlarını keçirdiyi stadionlarda debütü
25 may 1993-cü il
Gəncə. Şəhər stadionu. Yoldaşlıq görüşü.
Azərbaycan – Gürcüstan – 1:0
Qol: Arçil Lobjanidze, öz qapısına
9 aprel 1996-cı il
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Azərbaycan – Türkiyə - 0:1
5 sentyabr 2001-ci il
Bakı. “Şəfa” stadionu. DÇ-2002-in seçmə mərhələ oyunu.
Azərbaycan – Makedoniya – 1:1
Qol: Fərrux İsmayılov
5 sentyabr 2009-cu il
Lənkəran. Mərkəzi şəhər stadionu. DÇ-2010-un seçmə mərhələ oyunu.
Azərbaycan – Finlandiya – 1:2
Qol: Elvin Məmmədov
10 avqust 2011-ci il
Bakı. Mərdəkan qəsəbəsindəki “Dalğa Arena” stadionu. Yoldaşlıq görüşü
Azərbaycan – Makedoniya – 0:1
Mehman SÜLEYMANOV

0
0