Əfran İsmayılov: Komandamı bu oyunda yalnız qoymaq istəmərəm
11.08.2011 - 17:09
“Oyun zamanı sol dizimdə, arxa tərəfdə ağrı hiss etdim. Vəziyyətin ciddi olduğunu görüb, əvəzlənməmi istədim. Bu gün tibbi müayinədən keçdim. Şükürlər olsun ki, analiz elə də ciddi bir şey müəyyənləşdirmədi”. Apasport.az-ın məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Əfran İsmayılov klubunun rəsmi saytına açıqlamasında deyib.
Əfran milli komandamızın heyətində Makedoniya yığması ilə yoldaşlıq görüşündə meydanı erkən tərk etmək məcburiyyətində qaldı. Bu gün tibbi müayinədən keçən yarımmüdafiəçi durumunu dəyərləndirib: “1-2 gün mümkün qədər yükləmədən qaçmalıyam. Son zamanlar komandamızın üzvləri zədədən əziyyət çəkir. Qabaqdan “İnter” kimi güclü rəqiblə oyun gəlir. İstəmərəm ki, komandamı bu oyunda yalnız qoyum. Maksimum çalışacağam ki, bazar gününə kimi hazır olum və komandama kömək edim”.
Qeyd edək ki, “Qarabağ”ın Premyer Liqamızda debüt edəcəyi “İnter”lə avqustun 14-də Ağdamdakı oyunda müdafiəçi Maksim Medvedev, yarımmüdafiəçi, kapitanı Rəşad Sadıqov və hücumçu Vüqar Nadirovun xidmətindən məhrum olub.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0