Zeynal Məmmədov: Hər mövqedə layiqli əvəzləyicimiz var
11.08.2011 - 17:42
Zeynal Məmmədov: Hər mövqedə layiqli əvəzləyicimiz var
“Bakı”nın futbolçuları Elvin Məmmədovla Fabio Luis Ramim bir müddət oynaya bilməyəcəklər. Apasport.az saytının məlumatına görə, hər 2 yarımmüdafiəçinin milli komandamızın heyətində Makedoniya ilə yoldaşlıq görüşündə aldığı zədələr ciddidir. Elvin 26-cı dəqiqədə rəqib futbolçu ilə toqquşmadan sonra əvəzləməli, milliləşdirilən braziliyalı Fabio isə 73-cü dəqiqədə meydanı tərk etməli oldu.

Premyer Liqamızın II turunda “Simurq”la ev oyununda iştirak etməyəcək Məmmədovla Ramim təxminən 3 həftəlik sıradan çıxıblar. “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov klubun rəsmi saytına açıqlamasında aparıcı futbolçularının sıradan çıxmasına münasibət bildirib. Onun sözlərinə görə, heyətdəki itkilər komandanın qələbə əzminə təsir etməyib: "Hər mövqedə layiqli əvəzləyicimiz var. Əlbəttə, iki futbolçumuzun zədələnməsi bizi məyus edir, ancaq bu amil planlarımıza təsir etməyəcək. "Bakı" meydana ancaq qələbə üçün çıxır. Bu dəfə də istisna olmayacaq".

Qeyd edək ki, “Bakı”nın üzvləri oyunu görüşün keçirdildiyi “Dalğa Arena”dan izləyiblər.