Jorj Leekens: Bakıda meydançanın vəziyyəti yaxşı deyil
11.08.2011 - 18:01
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Belçika yığması dünən yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Sloveniya ilə qolsuz heç-heçəyə qalan Belçika millisinin baş məşqçisi Jorj Leekens oyundan sonra verdiyi müsahibədə artıq Bakıdakı görüş haqda düşündüklərini bildirib: "Sloveniya ilə görüşümüz çox maraqlı alındı. Oyunda hesab açılmasa da, futbolçularımdan razı qaldım. Artıq Azərbaycanla oyun haqda düşünürük. Bilirik ki, Bakıda hava isti olur. Meydançanın vəziyyəti o qədər də yaxşı deyil. Ancaq bu, bizim oyunumuza təsir etməməlidir".
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0