Çempionlar Liqası üçün ekspert proqnozu
02.11.2011 - 16:31
Çempionlar Liqası üçün ekspert proqnozu
Bu gün Çempionlar Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək oyunların bir neçəsinin təxmini proqnozu açıqlanıb. Apasport.az saytının məlumatına görə, fanatlar üçün hazırlanmış xüsusi kupon 6,02 əmsaldır.

Futbol şərhçisi Doktor Ziyanın fikrincə, “Vilyareal” – “Mançester Siti” görüşü qonaqların qələbəsi ilə başa çatacaq. Qitənin ən mötəbər yarışında xala həsrət ev sahiblərinin bu dəfə də eyni aqibətlə üzləşəcəyi proqnozlaşdırılır.

“İnter” – “Lill”, “Ayaks” – “Dinamo” Zaqreb duellərində isə italiyalılar və hollandiyalıların meydandan 3 xalla ayrılacağı vurğulanır. Doktor Ziya həmçinin, “Bavariya” – “Napoli” matçını da kupona daxil edib. Onun sözlərinə görə bu qarşılaşmada ən azı 3 qol olacaq.

Onun digər oyunlarla bağlı proqnozu belədir:

TRABZONSPOR – ÇSKA
Qol/Qol
Hər 2 klubda əsas hücumçular əla formadadır. Ev sahiblərinin forvardı Burak Yılmaz əla formadıdır. O, Super liqada 7 oyununda 11 (!) qol vurub. Moskvadakı matçı cəzalı olduğuna görə buraxan hücumçu bu gün meydana çıxmalıdır. ÇSKA-da Seydu Dumbiya Rusiya çempionatının 2 matçında dalbadal iki het-trik edib. Premyer Liqanın 29 görüşündə isə Seydu 22 qol vurub. Rusiyada çoxdandır ki, belə sərrast hücumçu yox idi. Bundan əlavə, afrikalı futbolçu Çempionlar Liqasında “Lill” və “Trabzonspor”un qapılarından 4 top keçirib.

MANÇESTER YUNAYTED – OTSELUL
Qolların sayı 4-6, və ya “Mançester Yunayted”in fora ilə qələbəsi

“Mançester Siti”dən 1:6 hesablı biabırçı məğlubiyyətdən sonra bu mankunianların “Old Trafford”dakı ilk matçıdır. “Qırmızı şeytanlar” indi öd püskürməyə hazırdırlar. Bu isə rəqibin qapısından imkan dərəcəsində çoxlu top keçirmək məqsədini qoyur. Rumın klubuna bu cür vəziyyətdə azarkeşin ancaq yazığı gəlir.
0