Yunis Hüseynov: Anası Aynuru mənə vermirdi
14.11.2011 - 14:00
Azərbaycan millisinin sabiq kapitanı Yunis Hüseynovun apasport.az saytına müsahibəsi
- Artıq ömrünüzün 45 ilini arxada qoydunuz. Maraqlıdır, xarakterinizdə, davranışınızda nə dəyişib?
- Xarakterimdə hansısa dəyişiklik yoxdur. Elə əvvəlki Yunisəm. Amma sözsüz ki, hər yaş dövrünün öz tələbi, özünəməxsus düşüncələri var. Artıq hiss edirəm ki, uşaqlıq dövrü geridə qalıb.
- Geriyə boylananda, hansı ciddi səhvinizi görürsünüz?
- Elə də ciddi səhvim olmayıb. Keçmişimə rahat baxıram. Utanmalı bir şey yoxdur. Sadəcə, hərdən özümü qınayıram ki, xarici klubların dəvətini niyə qəbul etmədim. Məni bir çox ölkələrdən çağırmışdılar. Getsəm də, qala bilmədim, darıxdım.
- Azərbaycan üçün, yoxsa konkret şəxs üçün darıxırdınız?
- (fikirləşir) Hər ikisi üçün. Doğurdan da, kənarda qala bilmədim. Əlbəttə ki, ailəm də Azərbaycanda yaşayırdı. Mühitlərə uyğunlaşmağı bacarmadım. Sadəcə, bütün bunlara məhəl qoymayıb, qalıb oynasaydım, indi başqa cür olardı.
- Futbol adamlarının çoxu məktəbi sona qədər oxumurlar. Siz də orta məktəbi yarıda atmısınız?
- Yox, sonadək oxudum. Amma yalnız 5-6-cı siniflərə qədər əlaçı olmuşam. Daha sonra dərslərimdə geriləmə başlayıb. Bu da kiməsə qoşulub, avaralanmaqdan deyil, futbola daha çox vaxt ayırmaqdan irəli gəlib. Mən ziyalı ailəsində böyümüşəm. Özümü çox tərifləməyim, amma olanı deyirəm. Həqiqətən də, böyük-kiçik yeri bilən, ağıllı və mərifətli oğlan olmuşam. Heç kim məndən inciməyib.
- Ailənizdən söz düşmüşkən. Bir qədər də bu barədə danışın...
- Gəncənin mərkəzində yaşamışıq. Ailədə 3 bacı, 3 qardaş olmuşuq. Evin sonbeşiyiyəm. Amma bundan heç vaxt istifadə etməmişəm. Yəni, dəcəl olmamışam. Buna baxmayaraq, məni daha çox əzizləyiblər.
- Bildiyimizə görə, sizin yaxşı ticarət bacarığınız da olub. Ticarətçi Yunisin nə kimi uğurları var?
- Gəncədə Böyük Bazar adlanın ticarət mərkəzi evimizin yaxınlığında idi. O məhəllədə böyüyənlərin hamısı demək olar ticarətə maraq göstərib. Mən də ticarətlə məşğul olmuşam. SSRİ dövründə nə satmaq olardısa, satmışam. Xüsusən də, cins şalvarlar dəbdə idi. Onların satışı ilə məşğul olmuşam. Belə. Əlbəttə ki, bu sahədə bir uğurum olmayıb. Mənim bütün həyatım futbolla bağlıdır.
- Həyat yoldaşınız məşhur şahmatçı Aynur Sofiyevadır. Yəqin ki, ailədə 2 idmançı bir-birini yaxşı başa düşür...
- Əlbəttə. Onunla istənilən məsələdə ortaq məxrəcə gəlməyi bacarırıq. Arada fikir ayrılığı olmur.
- Aynur xanımı harada görüb bəyənmisiniz?
- Bakı Dövlət Universitetində. Amma ona yaxınlaşmaq olmurdu. O vaxt onu məndən daha çox tanıyırdılar. Düzü, anası Aynur xanımı mənə vermirdi. Amma sonradan hər şey yoluna qoyuldu. Toyumda Ağadadaş Ağayev oxuyub. O vaxtı qrafiki çox sıx idi. Amma mənim Ağadadaşla yaxşı münasibətim var. Odur ki, heç bir problem olmadı.
- Heç Aynur xanım deyir ki, kaş sənə gəlməyəydim...
- Xeyr. Əvvəldə hər şey yaxşı idi. İndi də belə bir narazılıqlar olmur.
- Onunla şahmat oynamısınız?
- Cəmi 1-2 dəfə. O, mənim kimi zəiflərlə oynamır axı. Bir dəfə dedim ki, gəl, şahmat oynayaq. Demək olar ki, oyuna gözəyarı baxdı. Amma 5-6-cı gedişdən sonra mat olmuşdum. Əlbəttə ki, Aynur çox güclü şahmatçıdır.
- Xeyli vaxtdır işsizsiniz. Aynur xanım sizə bu barədə sual verirmi?
- Aynur məndən belə şeylər barədə soruşmur. Düzü, bu qədər işsiz qalmaq özümə də pis təsir edir. Həmişə hərəkətdə olan, işləyən adam bekar qalanda ağırlaşır. Lakin səbirli adamam. Bilirəm ki, hər şey ən qısa zamanda yaxşı olacaq.
- Sizin əsas gəliriniz futboldandır. İndi isə bu sahədən kənarda qalmısız. Demək olarmı ki, indi ailədə əsas yük xanımınızın üzərinə düşür?
- Demək olar. Aynur da əziyyət çəkir, mən də. Əsas məsələ odur ki, arada mehribançılıq var. Heç nədən korluq çəkmirik.
- Ailədə sizin yolunuzu davam etdirən varmı?
- Yoxdur. Allah hamıya qismət eləsin, iki qız övladım var. Böyük qızım hazırda Mançesterdə təhsil alır. Kiçik qızım isə 10-cu sinifdə oxuyur. Əlaçıdır.
- İnsan hansı zirvəyə qalxsa da, harada yaşasa da, doğulduğu məkanın öz şirinliyi var. Siz bu şirinliyi Gəncədə hiss edirsinizmi?
- Əlbəttə ki. Gəncəyə tez-tez gedirəm. Gəncədə mənə ən çox yaxın olan məkan elə evimizin qarşısıdır. Çünki ora çıxanda bütün Gəncə əhalisini görmək olur. Bütün ticarətçilər yığışır ora. Valideynlərim rəhmətə gedib. Yalnız mən və ortancıl qardaşım Bakıda yaşayırıq. Ailəmizin qalan üzvləri isə Gəncədə qalırlar. Doğulduğum məkanla əlaqəni heç vaxt pozmamışam.
- Futboldan başqa nə kimi hobbiniz var?
- Arada Azərbaycan kinolarına baxıram. Muğama qulaq asıram. Oxuyanın fərqi yoxdur, əsas məsələ sözlərin mənasındadır. Hobbim olmasa da, arzularım var. Azərbaycan xalqına sülh, əmin-amanlıq, torpaqların tezliklə geri qayıtmasını arzulayıram. Heç kimin dərdi olmasın. Hamı şad yaşasın.

0
0