Azərbaycan yığması Xorvatiya ilə görüşəcək – YENİLƏNİB
15.11.2011 - 12:13
Azərbaycan yığması Xorvatiya ilə görüşəcək – YENİLƏNİB
Bu gün İsveçrənin Nyon şəhərində 17 yaşadək qızlar arasında 2013-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, gələn il Azərbaycanda keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək milli komandamız qitə birinciliyinin 6-cı seçmə qrupunda oynayacaq.

Yığmamızın rəqibləri İsveç, Avstriya və Xorvatiya olacaq. Gələn ilin payızında keçiriləcək seçmə oyunlarda 11 qrupun qalibi və 2-ci yer sahiblərindən ən yaxşı nəticəyə malik 5-i növbəti mərhələyə yüksələcək.