“Azərbaycan klubuna 4 qol vurduğumuza təəssüflənirəm”
19.11.2011 - 12:22
“Araz”la oyunda daha çox qol vura bilərdik. Cəmi 4 qol vurduğumuza təəssüflənirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Era Park Xrudim” klubunun baş məşqçisi Yaroslav Bartuşek deyib.
O, futzal üzrə UEFA kubokunun elit mərhələsinin II turunun Azərbaycan çempionu “Araz”la oyunu haqda fikirlərini açıqlayıb: “Hər 2 hissənin sonlarında real qol imkanlarımız oldu. Amma bundan yararlana bilmədik. Bu nəticə bizə qarşı böyük ədalətsizlik idi. Bizə qol şousu lazım idi. Lazım idi ki, “Barselona” ilə oyundakı darmadağından sonra nüfuzumuzu bərpa edək. Bunu son turda da etməyə borcluyuq”.
Qeyd edək ki, ilk turda “Barselona”ya 0:6 hesabı ilə uduzan çexiyalılar təmsilçimizi 4:3 hesabı ilə məğlub edib.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0