“Qızıl top”a 3 namizəd qaldı
05.12.2011 - 15:39
“Qızıl top”a 3 namizəd qaldı
Dünyanın ən yaxşı futbolçusu adını qazanmağa namizədlərin ən son siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, başa çatmaqda olan 2011-ci ildə FİFA-nın “Qızıl top” mükafatının sahibi ya argentinalı Lionel Messi, ya ispaniyalı Xavi Ernandes (hər ikisi “Barselona) və ya portuqaliyalı Kriştianu Ronaldo (“Real”) olacaq.

Onlar sorğuya qatılan milli komandaların baş məşqçilərinin və kapitanlarının səsvermələrinin nəticələrindən sonra 23 nəfərlik geniş siyahıdan müəyyənləşib. Qalibin adı gələn ilin yanvarın 9-da Sürixdə Qala gecədə açıqlanacaq.

Qeyd edək ki, səsvermədə ölkəmizi təmsil edən milli komandamızın baş məşqçisi Berti Foqtsla, kapitan Rəşad Sadıqov son 2 ildə dünyanın ən yaxşı futbolçusu seçilən Messini 1-ci yerdə göstəriblər. Onların heç biri Xavinin adını ilk “üçlüy”ə daxil etməyiblər. Yalnız Rəşad 2-ci kimi Ronaldonu göstərib.