“Neftçi” bu günü 3888 gün idi gözləyirdi
11.12.2011 - 18:17
“Neftçi” bu günü 3888 gün idi gözləyirdi
Premyer Liqanın XVI turunda AZAL-ı 7:1 hesabı ilə darmadağın edən “Neftçi” Azərbaycan çempionatları tarixində bir sıra həsrətlərə son qoydu. Apasport.az saytının məlumatına görə, ən azı 6 top fərqli qələbə və ən azı 7 qolun vurulması cari mövsümdə nə “Neftçi”, nə də başqasına nəsib olmuşdu. Mövsümün ilkinə imza atan “ağ-qaralar” çoxdan təsadüf olunmayan göstəricilərin mövcudluğunu yada saldı.

Premyer Liqada 6 top fərqli son qələbə 581 gün əvvəl qeydə alınmışdı.
09.05.2010 - Standard (Sumqayıt) - Karvan (Yevlax) - 6:0
Maraqlıdır ki, indi olduğu kimi həmin qələbəni də Böyükağa Hacıyevin yetirmələri qazanmışdı İndi “Neftçi”yə rəhbərlik edən mütəxəssis həmin vaxt Sumqayıt təmsilçisinin baş məşqçisi idi

Premyer Liqada 7 qol vuran son komanda bunu 1114 gün əvvəl qazanıb.
22.11.2008 - Bakı - Turan (Tovuz) - 7:0

“Neftçi”nin çempionatda ən azı 6 top fərqli son qƏələbəsi isə 2297 gün qeydə alınmışdı.
27.08.2005 - Neftçi (Bakı) - Göyəzən (Qazax) - 6:0

“Neftçi”nin çempionatda ən azı 7 qol vurduğu son oyunu isə yəqin ki, çoxları unudub. Bu 3888 gün sonra yenidən mümkün olub.
19.04.2001 – Neftçi (Bakı) - Xəzər Universiteti (Bakı) – 7:2

VÜQAR XEYRULLAYEV