Çempionlar Liqasından məşhur serialadək - FOTO
13.12.2011 - 15:17
Çempionlar Liqasından məşhur serialadək - FOTO
Azərbaycanda sevilən türk seriallarından olan “Yer Gök Aşk”ın baş qəhrəmanları ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. Apasport.az saytının məlumatına görə, ölkəmizdə xeyli sayda pərəstişkar toplamış Havva və Yusuf obrazlarının ifaçıları vaxtilə idmana bağlı adamlar olub.

Belə ki, Havva kimi yüz minlərlə insanın qəlbinə girən Bircə Akalay televiziya səhnəsinə aktrisa yox, idman aparıcısı kimi gəlib. Türkiyə gözəllik yarışmasında 3-cü olduqdan sonra kanalların diqqətini cəlb edən aktrisa 2004-07-ci illərdə “Star TV” və “TV8”-də çalışıb. Bu müddətdə idman aparıcısı kimi fəaliyyət göstərən Bircə Çempionlar Liqasının icmallarının və “8-ci etap” verilişinin şərhçisi olub.

27 yaşlı Akalay bu ilin mayında ailə həyatı qurub. O, “FOX TV”də nümayiş olunan “Yer Gök Aşk” serialındakı tərəf müqabili, oradakı sevgilisi Yusuf rolunda oynayan Murat Unalmışa ərə gedib. Xanımında 3 yaş böyük olan Murat daha zəngin aktyorluq karyerasına malik olsa da, bu sahəyə xanımı kimi idmandan gəlib. O, hələ tələbə illərində “Fənərbaxça” basketbol klubunda peşəkar karyerası yaşayıb.
0