Mozambik yığması Azərbaycana gəlmək istəmədi
13.12.2011 - 16:55
Mozambik yığması Azərbaycana gəlmək istəmədi
2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının Afrika zonası üzrə təsnifat mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, seçmə mərhələyə vəsiqə uğrunda mübarizə oyunsuz bitib.

Belə ki, Keniya yığması ilə görüşməli olan Mozambik millisi Azərbaycan-2012 arzularından imtina edərək, qarşılaşmalara çıxmaqdan boyun qaçırıb. Bununla da 2 texniki qələbə əldə edən keniyalı qızlar növbəti mərhələyə yüksəliblər. Gələn il yanvarın 20-22 və fevralın 3-5-də baş tutmalı olan I seçmə mərhələdə Keniya Nigeriya ilə görüşəcək.

Qeyd edək ki, Afrika zonasından dünya çempionatına 3 vəsiqəyə 12 namizəd qalıb. Bu komandalar olimpiya sistemi ilə 2 mərhələdə vəsiqələrin sahibinki müəyyənləşdirəcək.