Liderlərin dueli, “Xəzər Lənkəran”ın həsrəti bitirmək cəhdi
14.12.2011 - 12:35
Sabah Premyer Liqada XVII turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, turun oyunları yenə 3 gündə keçirilsə də, bu dəfə bir qədər fərqli olacaq. Belə ki, növbəti turda matçlar bazar yox, cümə axşamı keçiriləcək, cümə və şənbə günlərindəki oyunlar isə qüvvədə qalır.
Sözsüz ki, turun mərkəzi oyunu “Şəfa” stadionunda keçiriləcək. Bu, tura yekun vuran son gündə yeganə matç olacaq. Turnir cədvəlində ilk 2 pilləni tutan “Neftçi” ilə “İnter” Bakı derbisinə çıxacaq. Son çempion üçün həmşəhərliləri ilə ilk dövrədə görüşü uğursuz alındı. Belə ki, “İnter” səfərdə “Neftçi”yə qalib gəlməyi bacardı. “Bankirlər” yenə buna nail olarsa, liderlə xal fərqini minimuma endirəcək.
“Neftçi” ilə “İnter"in ən yaxın izləyicisi olan “Xəzər Lənkəran” Gəncəyə səfər edir. Cənub təmsilçisi ötən həftə autsayderə böyük hesabla uduzan “Kəpəz”in qonağı olacaq. Keçən mövsüm “Xəzər Lənkəran” Nizami yurdunda darmadağın olmuşdu. Belə ki, həmin 1:4 hesablı nəticə komandanın rumıniyalı baş məşqçisi Mirça Rednikin ölkəmizdə ilk məğlubiyyəti oldu. Ancaq Rednik artıq postundan getdiyindən, lənkəranlıları bu dəfə Gəncədə 36 yaşlı türkiyəli çalışdırıcısı Cüneyt Biçər çıxaracaq. Elə “Kəpəz”də də cari mövsümün gedişində baş məşqçisi dəyişdiyindən, Lənkəranda olduğu kimi Mirça Rednik – Mehman Allahverdiyev dueli olmayacaq. Sonuncu əvəzləyən Mirbağır İsayev də Biçər kimi gənc çalışdırıcıdır və ondan cəmi 1 yaş böyükdür. “İnter” – “Neftçi” oyununda xal itkisi qaçılmaz olduğundan, cənublular qalib gələrsə, fərqi azalda, hətta 2-ci pilləni qaytara bilər. Bu, eyni zamanda lənkəranlıların 1 aydan artıqdır davam edən qələbə həsrətinin son qoyulmağı demək olacaq.
4 və 5-ci pillələrdə yer alan “Bakı” ilə “Qarabağ” debütantları qonaq edəcək. “Sumqayıt Şəhər” ötən tur “Kəpəz” üzərində 4:1 hesablı qələbədən sonra “zolaqlılar” qarşısına böyük ruh yüksəkliyi ilə çıxacaq. Son 2 turda qol vurmayan, 1 xal qazanan “Bakı” ən azı 4-cü yerdə möhkəmlənmək üçün mütləq qalib gəlməlidir. “Qarabağ”ın rəqibi “Rəvan” da son 2 turda hesabına 1 xal yazıb. Ancaq Vladislav Qədirovun çalışdırdığı komandanın səfərdə daha yaxşı oynayıb, çox xal yığmağı ağdamlıların işini çətinləşdirir.
6-cı yer uğrunda mübarizə aparan AZAL-la “Simurq”un görüşü də maraq doğurur. Komandalar arasında xal fərqinin cəmi 1 olmağı intriqanı artırır. AZAL ilk turda “Simurq”a Zaqatalada 3:0 hesabı ilə qalib gələn baş məşqçisi Elxan Abdullayevin istefasından sonra daha yaxşı çıxış edir. Düzdür, komandanın Rafiq Mirzəyevin rəhbərliyi altında ilk məğlubiyyətinin 1:7 olmağı diqqəti çəkən oldu. İndi AZAL “Neftçi” tərəfindən aldığı həmin darmadağını unutdurmaq üçün qələbə qazanmağa borcludur. Bu, ən yaxın izləyicisi “Simurq”la xal fərqinin 4-ə yüksəlməyi ilə “altılıq” mübarizəsində şansını artıracaq.
6-cı yerdə gedən “Qəbələ” isə son pillənin sahibi ilə səfər matçında görüşəcək. Düzdür, komanda “Turan”ın təmsil etdiyi Tovuzda yox, Şəmkirdə meydana çıxacaq. Bu da rəqibinin doğma stadionunda hakimlərin döyülməyi ilə əlaqədar qarşıdakı 2 ev oyununun kənarda keçirməklə bağlı AFFA-nın İntizam Komitəsinin çıxardığı qərara görədir. Qəbələlilər qalib gəlməklə, ən azı mövqeyini qoruyacaq.
15 dekabr
14:00. "Bakı" - "Sumqayıt Şəhər"
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Alik Yunusov.
Bakı. "Bakı"nın təlim-məşq bazasının stadionu.
Komandalar Bakıda ilk dəfə görüşəcəklər.
İlk dövrədəki oyun – 1:0
14:00. "Turan" - "Qəbələ"
Hakimlər: Elnur Muradov, Samir Hacıyev, Knyaz Əmiraslanov, Rasim Məmmədov.
Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu.
“Turan”ın ev oyunlarının balansı: 6 oyun: +1=2-3 (4-6).
2006/07 – 0:0, 2007/08 – 4:2, 2008/09 – 0:0, 2009/10 – 0:1 (təsnifat), 2010/11 – 0:1 (təsnifat), 0:2 (“altılıq”).
İlk dövrədəki oyun – 1:2.
16 dekabr
16:00. AZAL - "Simurq"
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Zeynal Zeynalov, Rəhim Həsənov.
Bakı. "AZAL Arena" stadionu.
Bakıdakı oyunlarının balansı: 6 oyun: +3=1-2 (6-6).
2006/07 – 3:0, 2007/08 – 1:0, 2008/09 – 0:2, 2009/10 – 0:3 (təsnifat), 0:0 (“altılıq”), 2010/11 – 2:1 (təsnifat).
İlk dövrədəki oyun – 3:0.
14:00. "Qarabağ" - "Rəvan"
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Coşqun Həsənov, Hacıəli Ağayev.
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
Komandalar Ağdamda ilk dəfə görüşəcəklər.
İlk dövrədəki oyun – 1:1.
14:00. "Kəpəz" - "Xəzər Lənkəran"
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Rahil Ramazanov, Rövşən Əhmədov.
Gəncə. Şəhər stadionu.
Gəncədəki oyunların balansı: 3 oyun: +1=0-2 (5-4).
2004/05 – 0:1, 2005/06 – 1:2, 2010/11 – 4:1 (təsnifat).
İlk dövrədəki oyun – 0:1.
17 dekabr
17:00. "İnter" - "Neftçi"
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Rza Məmmədov, İnqilab Məmmədov.
Bakı. "Şəfa" stadionu.
“İnter”in ev oyunlarının balansı:
2004/05 – 2:1, 2005/06 – 0:1, 2006/07 – 0:1, 2007/08 – 0:0, 2008/09 – 2:2, 2009/10 – 1:0 (təsnifat), 1:1 (“altılıq”), 2010/11 – 0:2 (təsnifat), 1:1 (“altılıq”).
İlk dövrədəki oyun – 1:0.

Komanda | O | Q | H | M | Qollar | Xallar | |
---|---|---|---|---|---|---|---|
1 | Neftçi | 16 | 11 | 1 | 4 | 34-14 | 34 |
2 | İnter | 16 | 8 | 6 | 2 | 13-8 | 30 |
3 | Xəzər Lənkəran | 16 | 8 | 5 | 3 | 20-16 | 29 |
4 | Bakı | 16 | 7 | 5 | 4 | 22-13 | 26 |
5 | Qarabağ | 16 | 7 | 4 | 5 | 18-14 | 25 |
6 | Qəbələ | 16 | 6 | 4 | 6 | 17-19 | 22 |
7 | AZAL | 16 | 5 | 5 | 6 | 20-24 | 20 |
8 | Simurq | 16 | 5 | 4 | 7 | 17-20 | 19 |
9 | Rəvan | 16 | 4 | 7 | 5 | 18-19 | 19 |
10 | Kəpəz | 16 | 4 | 4 | 8 | 20-28 | 16 |
11 | Sumqayıt Şəhər | 16 | 3 | 3 | 10 | 12-22 | 12 |
12 | Turan | 16 | 3 | 2 | 11 | 10-24 | 11 |
0
0