Fabio Luis Ramim üçün əlamətdar hadisə
14.12.2011 - 13:28
Premyer Liqanın XVII turu “Bakı”nın futbolçusu Fabio Luis Ramim üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 150-ci oyununa çıxacaq. Ölkəmizdə “MKT-Araz”, “Olimpik” və “Bakı”nın şərəfini qorumuş 30 yaşlı cənubi amerikalı indiyədək 149 matçda 27 dəfə fərqlənib.
Qeyd edək ki, Fabionun yubileyi sabah öz bazalarında keçiriləcək “Sumqayıt Şəhər”lə ev matçına təsadüf edəcək. Maraqlıdır ki, Fabio cari mövsüm istisna olmaqla hər mövsümdə qol sevinci yaşayıb.
Qeyd edək ki, Fabionun yubileyi sabah öz bazalarında keçiriləcək “Sumqayıt Şəhər”lə ev matçına təsadüf edəcək. Maraqlıdır ki, Fabio cari mövsüm istisna olmaqla hər mövsümdə qol sevinci yaşayıb.
| 2004/05 | MKT-Araz | 13 | 4 |
|---|---|---|---|
| 2005/06 | MKT-Araz | 23 | 5 |
| 2006/07 | MKT-Araz | 6 | - |
| 2006/07 | Olimpik | 12 | 3 |
| 2007/08 | Olimpik | 23 | 3 |
| 2008/09 | Bakı | 22 | 7 |
| 2009/10 | Bakı | 21 | 4 |
| 2010/11 | Bakı | 24 | 1 |
| 2011/12 | Bakı | 5 | - |
| 149 | 27 |
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0