Joze Alesio Da Silva: Hələ qrupdan çıxmaq şansımız var
15.12.2011 - 23:35
Futzal üzrə Azərbaycan yığması dünya çempionatının əsas seçmə mərhələsinin V qrupunda bu gün Xorvatiya ilə qarşılaşıb. Apasport.az saytının xəbərinə görə, Bakı İdman Sarayında millimiz üzərində 3:1 hesablı qələbə qazanan rəqib komandanın baş məşqçisi Mato Stankoviç bildirib ki, Azərbaycandan fərqli oyun gözləyirdilər: “Azərbaycan millisi güclü komandadır və bu gün rəqibimizdən daha çox hücum gözləyirdik. Qələbə qazandığımız üçün şadam. Biro Jadenin yoxluğu hücumlarda hiss olunurdu. Qrupdan hansı komandanın çıxacağı, çox güman ki, sabah bilinəcək”.
Millimizin çalışdırıcısı Joze Alesio Da Silva isə bildirib ki, futzalıçılarımız öz üzərlərində çox çalışmalıdırlar: “Birinci hissədə yaxşı oynadıq. Amma Xorvatiya yığması güclü komandadır. İkinci hissənin ilk 10 dəqiqəsində də yaxşı təsir bağışladıq. Təəssüf ki, qol vəziyyətlərindən yararlana bilmədik. Futzalçılarımız öz üzərində daha çox çalışmalıdır. Hələ qrupdan çıxmaq şansımız var”.

0
0