Rəcəb Fərəczadə: Final mərhələsinə qrup lideri kimi yüksəlmək istəyirik
17.12.2011 - 14:00
“Böyük hesabla qalib gəlməyimizə baxmayaraq, oyunun çətin keçdiyini deməliyəm. Xorvatiya ilə oyundakı məğlubiyyətdən sonra azarkeşlərimizə həmin yenilginin təsadüfi olduğunu sübut etdik”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının futzalçısı Rəcəb Fərəczadə deyib.
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyunda Xorvatiyaya məğlub olan futzalçılarımız Makedoniya ilə oyunda parlaq qələbə qazanıb. Rəqib qapısından 7 top keçirən millimiz qapısında cəmi bir qol görüb. Fərəczadə bildirib ki, bu oyunda xal itirmək olmazdı: “Xorvatiya ilə oyunda da üstünlük tərəfimizdə idi. Təsəvvür edin, rəqib qapısına 25 zərbə endirdiyimiz halda, onlardan yalnız biri qol oldu. Ancaq onlar 6 hücumdan üçündə dəqiq oynadılar. Makedoniya ilə qarşılaşmada xal itirməyə haqqımız yox idi. Çalışacağıq sonuncu oyunda səhvimizi düzəldək”.
Qrup oyunlarından əvvəl açıqlama verən millimizin üzvlərində əsasən Ukrayna ilə görüşə kökləndikləri hiss olunurdu. Düzdür, Xorvatiyanın “badalaq” vuracağı ehtimal edilirdi, ancaq onlara güclü rəqib kimi yanaşılmırdı. Fərəczadə isə bunun düzgün anlaşılmadığını deyib: “Ola bilsin, mətbuatda belə fikirlər yayılıb. Xorvatiya İran kimi güclü komandanı məğlub edib. Onların oyununu təhlil etmişdik. Güclü olduqlarını bilirdik. Xorvatların əks-hücuma üstünlük verəcəyini gözləyirdik. Biz evdə oynadığımıza görə, mütləq hücum etməli idik. Onlar da şanslarını gözlədilər və imkan tapan kimi, qapımıza qol vurdular. Futzalda belə şeylər olur”.
Sonuncu oyunda Ukrayna ilə qarşılaşacaq millimizin final mərhələsinə vəsiqə qazanıb-qazanmayacağı da həmin dueldən sonra aydınlaşacaq. Matçın əhəmiyyəti barədə danışan Fərəczadə rəqibin demək olar, işinin öhdəsindən gəldiyini vurğulayıb: “Ukrayna demək olar, vəzifəsinin öhdəsindən gəlib. Bizim həmin görüşdə mütləq qələbə qazanmağımız vacibdir. İstəyirik ki, final mərhələsinə qrup lideri kimi yollanaq”.
Qeyd edək ki, Azərbaycan – Ukrayna oyunu sabah keçiriləcək.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0