“O həm komanda ilə, həm də komanda onunla tanış olacaq” - FOTO
17.12.2011 - 15:57
Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasına yeni cəlb edilən Əli Əsgərovun Bakıya gələcəyi tarix dəqiqləşib. Bu barədə məlumatı apasport.az saytına yığmamızın meneceri Ləvənt Türknas verib.
Onun sözlərinə görə, Kanadada yaşayan 19 yaşlı həmyerlimiz yanvarın 2-də atası ilə birgə paytaxtımızda olacaq: “Komandaya cəlb etdiyimiz yeni basketbolçulardan daha tez Əli Bakıya gələcək.O həm komanda ilə, həm də komanda onunla tanış olacaq. Onun oyununu bir daha nəzərdən keçirəcəyik. Ola bilsin ki, bir neçə matçda da meydana çıxacaq”.
Qeyd edək ki, Əsgərov Kanadada “Redeemer Universitet”inin şərəfini qoruyur.

0
0