“Simurq”un futbolçusu rekordçu oldu
18.12.2011 - 09:52
“Simurq”un futbolçusu rekordçu oldu
“Simurq”un futbolçusu Robertas Poşkus mövsümün rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XVII turunda AZAL-a 1:5 hesabı ilə uduzan zaqatalalıların litvalı hücumçusu komandasının təsəlli qolunun müəllifi olub. Bununla da o, ardıcıl 5-ci matçda da rəqib qapısına tol tapıb.

Bundan əvvəlki turlarda Poşkus əvvəl “Sumqayıt Şəhər”i (1:0), ardınca isə iddialı rəqiblər “Xəzər Lənkəran” (2:2), “Neftçi”ni (2:4), “Turan”ı (2:1) məyus etmişdi. Bununla da litvalı futbolçu digər legioner AZAL-ın braziliyalı oyunçusu Tales Şützə məxsus mövsümün rekordunu təkrarlayıb. Lakin seriyası qırılan cənubi amerikalıdan fərqli Poşkus növbəti turda mütləq rekordçu ola bilər.