Futzal yığmamızın rəqibləri müəyyənləşdi
18.12.2011 - 23:38
Tarixində ilk dəfə futzal üzrə dünya çempionatının pley-off mərhələsinə çıxan Azərbaycan milli komandasının potensial rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, millimizin yer aldığı Avropa zonasının V qrupu ilə yanaşı digər 6 qrupda da mübarizə başa çatmaq üzrədir. Bu üzdən də pley-offa vəsiqə qazanan 14 komandadan 13-ü müəyyənləşib. Yalnız 1-ci qrupun 2-ciksi hələ dəqiqləşməyib.
İlk oyunları gələn il martın 25-28-də, cavab qarşılaşmaları isə aprelin 8-11-də baş tutacaq mərhələdə seçmə oyunlarının qrup qalibləri 2-cilərə qarşı oynayacaq. Bu isə o deməkdir ki, öz qrupunda Ukraynadan sonra 2-ci olan yığmamız digər 6 qrupdan birinin qalibi ilə görüşəcək. Təni artıq yığmamızın potensial rəqiblərinin hamısı məlumdur.
Qrup qalibləri
1. İspaniya
2. İtaliya
3. Serbiya
4. Portuqaliya
5. Ukrayna
6. Çexiya
7. Rusiya
Qrup ikinciləri
1. Norveç – Belçika oyunu başa çatandan sonra məlum olacaq.
2. Rumıniya
3. Sloveniya
4. Slovakiya
5. Azərbaycan
6. Belarus
7. Macarıstan
Qeyd edək ki, pley-offun püşkünün gələn il Xorvatiyada keçiriləcək Avro-2012-nin final mərhələsi zamanı atılması nəzərdə tutulub.

0
0