Premyer Liqada qol rekordu
19.12.2011 - 10:18
İngiltərənin “Mançester Siti” klubu yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, mançesterlilər ölkə çempionatında 50-ci qolu 16-cı turda vurublar. Şəhərlilər buna belə tez nail olan 9-cu İngiltərə komandasıdır. Sonuncu dəfə belə hadisə 49 il əvvəl qeydə alınıb. Bu isə o deməkdir ki, “Mançester Siti” çempionat Premyer Liqa adlanandan sonra bunu bacaran ilk klubdur.
Ümumilikdə isə İngiltərə çempionatlarının ilk 16 turunda 50 qol səddini "Preston Nort End", "Blekbern", "Everton", "Mançester Yunayted", "Sanderlend", "Aston Villa", "Arsenal" və "Tottenhem" komandaları da adlamışdı.

- “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
0
0