Mais Mənsimov ziyalılarla görüşdü
19.12.2011 - 11:38
“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimovla klubun ziyalı azarkeşləri arasında görüş keçirilib. Apasport.az saytının məlumatına görə, yaxında bir qrup ziyalı azarkeş Mənsimovla görüş barədə müraciəti müsbət qəbul olunub.
Görüşdə fikir mübadiləsi aparılıb, hazırda klubda olan vəziyyət hərtərəfli müzakirə edilib. Azarkeşlər “Xəzər”sevərləri narahat edən məsələləri dilə gətirib. Prezident azarkeşlərin hər zaman klubun yanında olmasının vacibliyini bildirməklə, onların dəstəyinin komandanın göstərdiyi nəticələrdən asılı olmayaraq əhəmiyyətli olduğunu nəzərə çatdırıb.
Mənsimov ziyalıların müxtəlif məsələlər barədə fikirlərini diqqətlə dinləyərək, klub üçün azarkeş mövqeyini vacibliyini də bildirib. Tərəflər belə görüşlərin tez-tez keçirilməsinin faydalı olduğunu söyləyib. Klubun daxilinə aid olan müəyyən məsələlərin mətbuata açıqlanması mümkün olmadıqda, məhz azarkeşlərlə görüş vasitəsilə qaranlıq məqamlara aydınlıq gətirilməsinin ən yaxşı yol olduğu qeyd olunub.
Prezident klubla azarkeşlərin birliyini ön plana çəkərək, bu istiqamətdə ”Xəzər”sevərlərin istək və təkliflərinə həmişə diqqətlə yanaşıldığını və bundan sonra da yanaşılacağını bildirib. Keçirilən görüşdən məmnun qaldıqlarını bildirən ziyalı azarkeşlər də kluba hər zaman bacardıqları dəstəyi verməyə hazır olduqlarını Mənsimovun diqqətinə çatdırıb.
Mənbə: lankaranfc.com

0
0