Serjaodan tarixi qol
19.12.2011 - 12:27
Serjao Azərbaycan millisinin tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, milliləşən braziliyalı futzalçının DÇ-2012-nin seçmə mərhələsinin Ukrayna ilə oyununda vurduğu qol tarixi əhəmiyyət kəsb edib.
Belə ki, V qrupun III turunun son oyununda vurulan 3-cü qol komandamızı hesabda irəli çıxarmaqla yanaşı, həm də yubiley xarakteri daşıyıb. Bu top millimizin dünya çempionatlarının seçmə mərhələləri tarixində vurduğu 50-ci qol idi.
Qeyd edək ki, yığmamız DÇ-2000-də 19, DÇ-2004-də 5, DÇ-2008-də 15 qol vurmaqla, seçmə mərhələdə dayanmışdı. DÇ-2012-nin Bakıdakı seçmə oyunlarında 12 dəfə fərqlənən yığmamız üçün sonuncudan əvvəlki top 50-ci olub.

- “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
0
0