AFFA Kaxaber Sxadadzeni cəzalandırdı
19.12.2011 - 15:18
AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XVII turunun qarşılaşmalarında baş verən xoşagəlməz hadisələr də müzakirə olunub.
“İnter” – “Neftçi” matçında cəzalanan meydan sahibləri olub. 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunan “bankirlər” oyunun 76-cı dəqiqəsində texniki zona qaydalarını pozduğu üçün meydandan kənarlaşdırılan baş məşqçisi Kaxaber Sxadadzeni də itirib. Gürcü mütəxəssis qarşıdakı turda cəzalı durumda olacaq. Onun hərəkəti komandasına 1000 manata başa gəlib.
“Turan” – “Qəbələ” oyununun 83-cü dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan Nodar Məmmədov qonaqları 2000 manat ziyana salıb və 2 oyunluq “istirahət” qazanıb. “Kəpəz” – “Xəzər Lənkəran” matçının 42-ci dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alan Milan Antiçin cəzası yüngül olub. O, “Kəpəz”in qarşıdakı matçını buraxacaq, komandası isə 200 manat ödəyəcək.
“Qarabağ” – “Rəvan” qarşılaşmasında qonaqların 4, AZAL – “Simurq” matçında isə əyalət təmsilçisinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər 2 klub 1000 manat cərimə olunub.

0
0