Elxan Məmmədov: Bəli, Cavadov səs verib
19.12.2011 - 15:35
Bu gün 2011-ci ilin ən yaxşı futbolçularını mükafatlandırılması mərasimi keçirilib. Apasport.az saytının xəbərinə görə, tədbirdən sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
- 2011-ci ili futbolumuz üçün necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, 2011-ci il Azərbaycan futbolu, futbol ictimaiyyəti üçün çox əhəmiyyətli il idi. Çünki bu il ölkə futbol ailəsi 100 illik yubileyi qeyd edirdi. Bu ili uğurlu qeyd etdik. Sevindirici haldır ki, FİFA və UEFA prezidentləri Yozef Blatterlə Mişel Platini Azərbaycana gələrək, çox önəmli mərasimlərdə iştirak etdilər. 65 min nəfər tamaşaçı tutumuna malik olimpiya stadionunun təməlini qoydular, “Dalğa Arena”nın açılış mərasiminə qatıldılar. Eyni zamanda, 2012-ci ildə ölkəmizdə 17 yaşadək qızlar arasında təşkil olunacaq dünya çempionatının loqosunu təqdim etdik.
- Milli komandamızın çıxışı barədə hansı fikirdəsiniz?
- Yığmamız 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində rekord miqdarda – 7 xal qazanıb. Amma bu da bizim hədəfimiz deyil. Hədəfimiz bundan da yüksək nailiyyətlər, nəticələr qazanmaqdır. İnanırıq ki, qurduğumuz strategiyaya uyğun hərəkət etsək, daha uğurlu nəticələr əldə edəcəyik. AFFA-nın prezidenti Rövnəq Abdullayev dəfələrlə qeyd edib ki, hazırkı əsas prioritetlərimiz təhsil, infrastruktur, kütləvi futboldur. Hesab edirəm ki, AFFA əməkdaşları hər üç istiqamətdə işlərini yüksək səviyyədə təşkil ediblər.
- Yığmamızın baş məşqçisi Berti Foqtsla uzadılan müqaviləyə hansı yeni şərtlər daxil edilib?
- Təbii ki, hər bir məşqçinin mərhələli strategiyası var. Fikrimcə, son 4 ildə baş məşqçi və bütün komanda öz fəlsəfəsinə uyğun işini qurub. Növbəti 2 ildə də Foqts bizə verdiyi plana uyğun olaraq, işini təşkil edəcək. Konkret şərtlərə gəldikdə, anlaşma müddəaları demək olar ki, dəyişməyib. Bayaq dediyim kimi, hədəfimiz indikindən daha yaxşı nəticələr əldə etməkdir.
- Premyer Liqada legioner limitinin dəyişdirilməsi gündəmdə deyil?
- Bunun üçün AFFA İcraiyyə Komitəsinin qərarı olmalıdır. Hələlik gündəmdə belə bir məsələ yoxdur. Amma onu da qeyd etmək lazımdır ki, ildən-ilə daha çox azərbaycanlı futbolçu meydançaya çıxır. Məsələn, “Qarabağ” klubunun 90 faizi, “Sumqayıt Şəhər” isə bütövlükdə yerli oyunçulardan ibarətdir. Bu da sevindirici haldır. Çünki biz daha çox azərbaycanlı futbolçu görmək istəyirik. Bunlar iki il əvvəl yaratdığımız aşağı liqaların nəticəsidir. Məsələn, artıq iki il öncə təşkil etdiyimiz U-17 liqasının oyunçuları ayrı-ayrı klublarımızın heyətində çıxış edirlər.
- Dopinq-testi müsbət nəticə verən Mahir Şükürovla bağlı qərar niyə gecikir?
- Bunun üçün UEFA İntizam Komitəsinin iclası keçirilməlidir. İclasdan sonra Avropa futbol qurumu tərəfindən açıqlama veriləcək. Hələlik qərar yoxdur. Çünki araşdırmalar gedir. Ümid edirik ki, yaxın gələcəkdə müvafiq qərar çıxarılacaq. Məncə, bu ilin sonunadək qərar veriləcək.
- Sizcə, qərar nə ola bilər?
- Təbii ki, biz bu məsələ ilə bağlı cəza verilməsini istəməzdik. Amma qərar UEFA Nizamnaməsinə uyğun ola bilər. Biz hələ son araşdırmanın nəticəsini görməmişik. Qərar verildikdən sonra qərarla birgə araşdırmanın nəticəsini də bizə göndərəcəklər. Ondan sonra Mahir Şükürovun hansı preparatları və harada qəbul etdiyini görəcəyik. Sonra da bununla bağlı Şükürovun özü ilə müzakirələr aparılacaq.
- Veteran futbolçular AFFA İcraiyyə Komitəsinin iclasında Vaqif Cavadovla bağlı qərara yenidən baxılmasını xahiş ediblər. Berti Foqts isə bu məsələnin qapandığını bildirir. Yaranmış situasiya ilə bağlı ortaq məxrəc tapmaq mümkün olacaqmı?
- AFFA İcraiyyə Komitəsinin üzvləri bu məsələni qaldırıblar. Yəni, qeyd olundu ki, Vaqif Cavadov yaxşı futbolçu olduğundan, gələcəkdə də yığmamızda yer alsın. Fikrimcə, bununla bağlı qərarı baş məşqçi verə bilər. Biz bunu Foqtsun öhdəsinə buraxmalıyıq.
- İcraiyyə Komitəsinin iclasında hamının Foqtsun yığmada qalmasının lehinə səs verdiyi bildirildi. Lakin komitə üzvü İskəndər Cavadov ona səs vermədiyini bildirib. İclasda iştirak etmiş şəxs kimi nə deyə bilərsiniz: Cavadov Foqtsun qalmasına səs verib?
- Bəli, səs verib. Üstəlik, iclasdan sonra telekameralar qarşısında mövqe bildirib və bu, kanallar vasitəsilə göstərilib. Açığı, Cavadovun Foqtsa səs vermədiyini ilk dəfədir sizdən eşidirəm. İcraiyyə Komitəsinin hər bir iclasında protokol yazılır. Həmin sənədə əsasən, toplantıda iştirak edən İcraiyyə Komitəsi üzvləri Foqtsun qalmasına müsbət yanaşıblar. Eyni zamanda, iclasa qatılmayanlar telefonla fikirlərini bildiriblər.
- Növbəti ildə yığmamızın toplanışları və yoldaşlıq görüşləri ilə bağlı məlumatlar var?
- Hazırda müxtəlif ölkələrlə danışıqlar aparılır. Fevralda FİFA-nın yoldaşlıq görüşləri üçün ayırdığı gün var. Həmin gün biz də yoldaşlıq görüşü təşkil edəcəyik. Çox güman ki, həmin oyun səfərdə və toplanışın təşkil olunacağı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olacaq.
- İnşa olunmaqda olan stadionlarımızda işlər hansı mərhələdədir?
- Bakı Olimpiya Stadionunun tikiləcəyi ərazidə hazırda qurutma işləri gedir. Böyük Şor qəsəbəsi çox böyük ərazini əhatə edir. Mən inşaatçı deyiləm, amma düşünürəm ki, gölün qurudulması işi qurtardıqdan sonra inşaat işlərinə başlamaq olar. 8 km və Bayıl qəsəbələrindəki stadionun açılışı gələn il mayın sonlarında olacaq.
- Milli komandalarımızın ən yaxşı futbolçularının mükafatlandırılma mərasiminə gecikməyiniz nə ilə əlaqədar idi?
- Bu gün Sumqayıt Olimpiya Kompleksinin açılış mərasimi və Milli Olimpiya Komitəsi üzvlərinin iclası idi. Biz həmin toplantıda iştirak etdik. Təəssüf ki, mükafatlandırma mərasiminə gecikdik. AFFA-nın prezidenti Rövnəq Abdullayev də həmin toplantıya qatılmışdı.
- Yığmalarımızın ən yaxşı futbolçuları seçilən qaliblərlə bağlı hansı fikirdəsiniz?
- Çox sevindirici haldır ki, tədbirin nizamnaməsinə əsasən, qalibləri müəyyən edən şəxslər klubların kapitanları, baş məşqçilər, AFFA İcraiyyə Komitəsinin üzvləridir. Fikrimcə, bu, ən ədalətli seçimdir. Çünki yalnız onlar hansı futbolçunun nəyə qadir olduğuna daha düzgün qiymət verə bilərlər.
- Digər yığmalarımıza baş məşqçi təyinatı gözlənilir?
- U-19 və U-17 yığmalarımızda baş məşqçi dəyişməyəcək. Çünki Vəli Qasımov və Təbriz Həsənovla 2 illik müqavilə bağlamışıq.
- Bəs Berti Foqtsun əsas köməkçisi kim olacaq?
- Hələlik deyə bilmərəm.
- Namizədlər arasında Arif Əsədovun da adı var?
- Gündəmdə 4-5 məşqçi var. Onlarla bağlı Berti Foqtsla danışıqlar aparacağıq. Biz istərdik ki, köməkçini özünə Foqts seçsin. Namizəd qismində Əsədovdan başqa Nazim Süleymanov və Ramiz Məmmədovun da adlarını qeyd edə bilərəm.
- Vəli Qasımov Foqtsun köməkçisi vəzifəsindən niyə getmək istəyir?
- Biz hesab edirik ki, Qasımov U-19 yığmamıza daha çox vaxt sərf etməlidir. Çünki onun əsas və aşağı yaş qruplarından ibarət yığmalarımızdakı işinin üst-üstə düşdüyü vaxtlar olurdu. O, istefa verməyib. Köməkçi-məşqçi bir oyunluq da ola bilər. Məsələn, Qranatkinin xatirə turnirinə Qasımovun köməkçisi qismində Həsənov yollanacaq. Bu da normal haldır.

0
0