Rəşad Sadıqov 2012-ci ili Türkiyədə qarşılayacaq
19.12.2011 - 16:12
Rəşad Sadıqov 2012-ci ili Türkiyədə qarşılayacaq
Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov yenidən Türkiyəyə yollanır. Bu haqda apasport.az saytına futbolçunun özü məlumat verib.

“Qarabağ”ın müdafiəçisi bildirib ki, İstanbulda növbəti dəfə cərrahiyyə əməliyyatı ediləcək: “Qasıq nahiyəmdə ağrılardan çox əziyyət çəkirdim. İnşallah, dekabrın 23-də həmin əməliyyat üçün Türkiyəyə gedirəm. Zədəmi sağaldıb, gələn ilə daha yaxşı hazırlaşmaq istəyirəm”.

Sadıqov 2012-ci ili vətəndə qarşılaya bilməyəcək: “Yeni ili Türkiyəyə qarşılayacağam. Çünki əməliyyata görə 2 həftə orada olmalıyam. Qasıq nahiyəmdə çox ağrılar olurdu, artıq 1 ildir mənə əziyyət verirdi. Əməliyyat lazım idi, sadəcə, buna vaxt yox idi. Birtəhər yola verirdim. Ancaq indi fasilədir və gedib, tam sağalmaq istəyirəm”.

Mehman SÜLEYMANOV