Rəşad Sadıqov: Bu, mənim üçün təsəlli oldu - MÜSAHİBƏ
19.12.2011 - 16:21
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- Ardıcıl ikinci il milli komandanın futbolçusu kimi mükafat alırsınız. Hansı fərqlər var?
- Ötən il yığmanın ən yaxşı futbolçusu seçilmişdim. Bu dəfə isə aldığım mükafat il ərzində ən çox oyun keçirdiyimə görə verilib. Əlbəttə, yenə mükafat aldığıma görə xoşbəxtəm. Yığmada bütün oyunlarda stabil, əvəzedilmədən iştirak etmək mənim üçün sevindirici haldır. Yaxşı oldu ki, bütün oyunlarda 90 dəqiqə iştirak edə bildim. Həm də bu il bizim üçün çox yaddaqalan oldu, milli komandamız tarixində rekord xal topladı. Mənim üçün sevindiricidir ki, bu oyunların hamısında meydanda oldum. Elə oyunlar oldu ki, zəif, eləsində də yaxşı çıxış elədim. Stabil olmasa da, bütün qarşılaşmalarda forma geyinməyim sevindirici hal oldu.
- Oyun sayında qapıçı Kamran Ağayevlə göstəriciniz eyni oldu. Yəni, bir mükafata şərik çıxdınız. Öz aranızda bununla bağlı zarafatlaşırdınız?
- Sözün düzü, buna fikir verməmişdim. Elə bilirdim ki, Kamran məndən çox oynayıb. Ancaq sonradan mənə dedilər ki, Ağayev son matçda iştirak etməyib, göstəricimiz eynidir. Yəni, hər ikimiz 10 görüşdən 9-da əvəzedilmədən meydanda olmuşuq.
- Karyeranız çox mükafat almısınız. Bu, hansı yeri tutacaq?
- Hər mükafatın öz yeri var. 2011-də ilin futbolçusu ola bilmədim. Seçilən bir şey olmadığından, bunun arasında belə mükafat qazanmaq mənim üçün təsəlliverici mükafat oldu.
- Sizdən sonra yığmamızda ilin ən yaxşı futbolçusu seçilən “Qarabağ”dakı komanda yoldaşınız Rauf Əliyevin uğurunu necə qiymətləndirirsiniz?
- Raufun ən yaxşı seçilməyini haqlı sayıram. Ona hələ sentyabrda demişdim ki, inşallah, ilin futbolçusu olmalısan. Dedi ki, necə? Cavab verdim ki, 2 oyunda 2-3 qol vursan, mükafat sənlikdir.
- Yəni, həmin vaxtdan ona xeyir-dua vermişdiniz...
- Hə, dedim ki, yığmanın oyunlarında qol vurmalısan. Elə oldu ki, Rauf yığmanın sentyabrda 2 ardıcıl oyununda qol vurdu.
- Siz 2004-cü ildə ilin ən yaxşı futbolçusu seçiləndə, millimizin heyətində Bakıda Uels yığmasına vurduğunuz gözəl qol həlledici olmuşdu. Yəni, bizdə qol vuranlar daha çox yadda qalırlar...
- Təbii ki, qol vurmaq böyük rol oynayır. Futbolun gözəlliyi də qoldur. Qol vuranda, yadda qalırsan.
- Ümumiyyətlə, bu ili özünüz üçün necə qiymətləndirirsiniz?
- Bu ili özüm üçün yaxşı qiymətləndirmirəm. Pis də saymıram, orta qiymətləndirirəm. Bu il zədə ilə bağlı çox problemlərim oldu.
- Qış fasiləsində yenidən xaricdə oynamaq variantınız var?
- Yox. Karyeramı hələlik “Qarabağ”da davam etdirəcəyəm.
Mehman SÜLEYMANOV

0
0