Kamran Ağayev: Tez-tez məşqçi dəyişmək, yaxşı hal deyil - MÜSAHİBƏ
19.12.2011 - 16:48
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin apasport.az saytına müsahibəsi
- Milli komandada ən çox oyun keçirdiyinizə və başa çatmaqda olan 2011-ci ilin yekunlarına əsasən yığmanın ən yaxşı qapıçısı seçildiniz. Təəssüratlarınızı bilmək istərdik...
- Artıq neçənci dəfədir bu nominasiyada fərqlənirəm. Amma yığmada bunun üçün oynamırıq. Bu tədbir olsa da, olmasa da, biz Azərbaycan naminə çıxış edirik. Əlbəttə, sevindirici haldır.
- 2009-cu ildə də ən yaxşı qapıçı nominasiyasının qalibi olmuşdunuz. Bu mükafatlar arasında nə kimi fərq görürsünüz?
- Nə qədər yaxşı nəticəmiz olsa, ancaq sevinmək lazımdır. Eyni zamanda, etimadı doğrultmağa çalışırıq.
- Başa çatmaqda olan ili necə dəyərləndirirsiniz?
- Əvvəlki illərlə müqayisədə bu il daha yaxşı keçdi. Ancaq bununla kifayətlənmək olmaz. Bir qədər də çox xal toplamaq və Avropa, dünya çempionatlarında oynamaq olardı. İli ona görə uğurlu sayıram ki, bu dəfə daha çox xal toplamışıq. Ümumi götürdükdə isə çox azdır. Çünki bu cür şəraitdə daha artığını reallaşdırmaq mümkündür.
- Arxada qalan ildə daha çox nəyə təəssüflənmisiniz?
- Əlbəttə, üzüldüyümüz anlar da az olmayıb. Sonuncu seçmə mərhələdə 10 xal toplaya bilərdik. Məsələn, Qazaxıstanı səfərdə məğlub etməliydik. Almaniyaya Bakıda uduzmağımız mənə çox pis təsir edib. Adından, gücündən asılı olmayaraq, heç bir komandaya burda uduzmaq olmaz. Səfərdə hardasa başa düşüləndir.
- Berti Foqts növbəti seçmə mərhələdə də milliyə başçılıq edəcək. Onun komandada qalmasına münasibətiniz necədir?
- Bizim işimiz meydanda oynamaqdır. Əlbəttə, tez-tez məşqçi dəyişikliyi heç də yaxşı hal deyil, bu heç kimə sərf etmir. Artıq Foqtsdan nəticə tələb edəcəklər. Bu tək Foqtsun deyil, yığmanın oyunçuları kimi bizim üzərimizə düşən yük olacaq. Oynamaq lazımdır.
- DÇ-2014-ün təqvimi haqda nə deyə bilərsiniz?
- Rəqiblərimiz və təqvim məlumdur. Son mərhələdə topladığımız 7 xal əvvəlki illərlə müqayisədə artımdır. Amma davamını gətirmək lazımdır.
- Azarkeşlər həmişə deyirlər ki, görəsən, bizim milli komanda nə vaxtsa Avropa və ya dünya çempionatının final mərhələsində iştirak edə biləcəkmi...
- Oynaya bilərmi yox, oynamalıyıq. Bizim borcumuzdur.
- Rəqiblərimizdən Rusiya və Portuqaliya kimi iddialı komandalardan xal almağı bacarmışıq. Necə düşünürsünüz, analoji nəticələri təkrarlamaq mümkün olacaqmı?
- Kimliyindən asılı olmayaraq, Azərbaycanda uduzmaq olmaz. Bunu birmənalı şəkildə qəbul etmək lazımdır.

0
0