Ceyhun Sultanov haqqında yayılan xəbərlərə münasibət bildirdi
19.12.2011 - 17:21
Ceyhun Sultanov haqqında yayılan xəbərlərə münasibət bildirdi
“Komandadan ayrılmağımla bağlı yayılan xəbərlər əsassızdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun futbolçusu Ceyhun Sultanov deyib.

Qərb təmsilçisinin vitse-kapitanı Premyer Liqanın 2011-ci ildəki son turu ərəfəsində komandanın düşərgəsini tərk edib. Ceyhun bunun müvəqqəti xarakter daşıdığını bildirib: “Hazırda komandanın düşərgəsini qısa müddətə tərk etmişəm. Dünən baş məşqçi Mirbağır İsayevlə söhbətimiz oldu. Ona demişəm ki, çox yorulmuşam, taqətim qalmayıb, istirahət etmək istəyirəm. Bu səbəbdən icazə aldım. İndi Bakıda, ailəmin yanındayam. Amma bu, o demək deyil ki, komandanı birdəfəlik tərk etmişəm”.

Sultanov bildirib ki, yanvarın 5-də komanda hazırlıqlara başlayanda, yenidən baş məşqçinin sərəncamında olacaq.

Qeyd edək ki, “Kəpəz” dekabrın 21-də keçirəcəyi XVIII turda “Neftçi” ilə qarşılaşacaq.