“Kəpəz”dən kənarlaşdırılan futbolçuların adları açıqlandı
20.12.2011 - 00:01
“Kəpəz”dən gedən futbolçuların adları müəyyənləşib. Bu barədə apasport.az saytına komandanın prezidenti Elmir Əliyev məlumat verib.
O bildirib ki, artıq 3 oyunçu ilə yollarını ayırıblar. Bunlar daha çox ehtiyatda qalan yerli futbolçular Renat Sultanov, Vasif Haqverdiyev, Tural Abbaszadədir: “Komandamızdan gedən futbolçular hələlik bunlardır. Ceyhun Sultanovu komandadan çıxarmamışıq. Bununla bağlı yazılan xəbərlər doğru deyil. Ağızlarına gələni yazırlar. Qış fasiləsində gedəcək legionerlərlə bağlı yekun verməmişik. Razvan Tarlea ilə Milan Antiç də komandadadır. Gedəcək futbolçuların adları axırıncı turunda, dekabrın 21-də - “Neftçi” ilə oyundan sonra bilinəcək”.

- “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
0
0