Həmyerlimiz Nikolay Valuyevə “yox” dedi
20.12.2011 - 00:05
Milli komandamızın sabiq üzvü Əli İsmayılov dünya şöhrətli boksçu Nikolay Valuyevin dəvətindən imtina edib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz məşqçilik fəaliyyətini ölkə xaricində davam etdirmək istəməyib.
Belə ki, ötən ay peşəkar boksla vidalaşan İsmayılov Rusiyada məşqçi kimi çalışmağa dəvət olunub. Nikolay Valuyevin təsis etdiyi “Qladiator” klubu 38 yaşlı idmançının xidmətində maraqlı olub. Amma İsmayılov Sankt- Peterburqda işləmək istəmədiyini əsas gətirərək, Valuyevə “yox” deyib.
İsmayılov apasport.az saytına açıqlamasında xəbəri təsdiqləyib: “Nikolay karyerasını bitirib. Peşəkar rinqdən uzaqlaşan Valuyev indi fəaliyyətini menecer kimi davam etdirir. Onun güclü komandası və güclü məşqçiləri var. Məni də komandaya dəvət etmişdilər. Lakin mən Rusiyaya deyil, Azərbaycana xeyir vermək istəyirəm”.
Qeyd edək ki, İsmayılov Azərbaycan boks yığmasının sabiq kapitanıdır.

0
0