Milli komandaya 2 namizəd
20.12.2011 - 09:38
Milli komandaya 2 namizəd
Moldova milli komandasının baş məşqçisi Qabi Balinr postundan ayrılıb. Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis müqaviləsi bitdiyindən yığmadan ayrılıb. Moldova Futbol Federasiyası ona müqaviləni uzatmağı təklif etsə də Balint bundan imtina edib. Mütəxəssisin qərarından sonra dərthal baş məşqçi axtarışına çıxan moldovalıların hazırda 2 namizədi var. Bunlar Mirça Luçeskunun Ukrayna “Şaxtyor”undakı köməkçisi Aleksandr Spiridon və Rusiya “Lokomotiv”ində köməkçi məşqçi kimi işləmiş Vladimir Lyutıdır.