Lobanovskinin xatirə turnirində 2 kubok qazanan azərbaycanlı
20.12.2011 - 10:52
Lobanovskinin xatirə turnirində 2 kubok qazanan azərbaycanlı
Azərbaycan milli komandasının sabiq futbolçusu Elşən Qəmbərov ABŞ-da Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə uğurla iştirak edib. Apasport.az saytının məlumatına görə, hər il Nyu-York şəhərində keçirilən yarış sayca 9-cu olub və bu dəfə orada 3 yaşda – veteranlar (35 yaş və ondan yuxarı), gənclər (yaş məhdudiyyəti olmadan) və uşaqlar (11 yaşadək) çıxış ediblər. Veteranların turnirində kubok uğrunda həlledici oyunda “Bruklinin ulduzları” və “Karpatı (Yonkers) komandaları görüşüb. Birincilərin heyətində yer alan 39 yaşlı Qəmbərov 7:3 hesablı qələbəyə sevinib. Elşənin baş məşqçisi olduğu Nyu-Yorkun “Çernomorets” komandası da 1-ci olaraq, uşaqların turnirində kuboku qazanıb.

Qeyd edək ki, millimizin keçmiş hücumçusu karyerasını bitirdikdən sonra artıq 2 ildir Nyu-Yorkda yaşayır. Qəmbərov həm uşaq məşqçisi kimi çalışır, həm də veteranların turnirində oynayır.